17.01.2017 [14:10] - Gündəm, Sağlıq
Adətən, hava şəraiti açıqlananda tibbi-meteoroloji proqnoz da insanların diqqətinə çatdırılır. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentininin bugünkü hava proqnozunda yanvarın 18-19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yaradacağı vurğulanır. Bu cür xəbərdarlıq mütəmadi olaraq edilir.
Görəsən, hava şəraitinin dəyişməsi meteohəssas insanlarda hansı narahatlıqlar yarada bilər?
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Ürək-damar mərkəzinin kardioloqu Elnur İsayev bildirib ki, havaların dəyişməsi ilə əlaqədar ən çox ürək qan-damar xəstəliklərindən əziyyət çəkən insanlar özlərini pis hiss edirlər: "Belə havalarda bilavasitə təzyiqi yüksək, yaxud da hipertoniya xəstəsi, eləcə də ürək çatışmazlığı olan insanlar daha çox əziyyət çəkirlər. Havaların soyuq keçməsi insanın dəri qatında və orqanizmdə olan damarların spazmına gətirib çıxarır. Dəridəki spazmdan sonra damarların müqaviməti artır. Belədə qanın hərəkəti çətinləşir. Bunun nəticəsində damar daxilində təzyiq yüksəlməyə başlayır. Eyni zamanda, ürək spazm olunan damarlardan qanı qovmağa çalışmaqla orqana kifayət qədər oksigenlə təmin olunmasına səy göstərir. Təbii ki, bu dəyişikliklər birbaşa ürəyə təsir göstərir. Ona görə də hipertoniya xəstələrinin təzyiqlərinin daha da yüksəlməsi ağırlaşmalara səbəb olacaq. Bu da öz növbəsində kəllə-beyin qan sızmalarına, insult və ya infarkta yol aça bilər”.
Onun sözlərinə görə, hava dəyişikliyi həm ürək çatışmazlığı, həm də ürək əzələsinin yığılma qabiliyyətində zəiflik olan insanlarda ürəyin daha da yığılmasına gətirib çıxarır: “Bu isə onsuz da yorulmuş ürəyi artıq dərəcədə yorur. Nəticədə ürək çatışmazlığının simptomlarının ağırlaşması özünü büruzə verir. İnsanlarda təngnəfəslik, halsızlıq və ödəmlər əmələ gəlməyə başlayır. Bunun da qarşısının alınması üçün ciddi tədbirlər görülməsinə ehtiyac var”.
E.İsayev deyib ki, havalar dəyişəndə meteohəssas insanlarda ilk növbədə əl-ayaqların ciddi şəkildə soyuması və donması halları baş verir: “Çünki əl və ayaqlardakı damarlarda spazma daha tez baş verir. Titrəmə, baş dönməsi, halsızlıq, bəzi hallarda təngnəfəsliklə bərabər olur. Hava soyuq olduğu zaman meteohəssas insanlar birmənalı olaraq geyimlərinə diqqət etməlidirlər. Yəni onlar çox isti geyinməyə çalışmalıdırlar. Çünki bədənin temperaturu aşağı düşməməlidir. Bundan başqa, qəbul etdikləri dərmanlara, təzyiqlərinə ciddi nəzarət olunmalıdır. Bəzən insanlar soyuq havada spirtli içkinin qəbulu zamanı isinəcəklərini zənn edirlər. Bu, çox yalnış düşüncədir. Əksinə, spirtli içkilər qan damarlarını genişləndirdiyindən orqanizm istilik itirməyə başlayır. Nəticədə orqanizmin temperaturu aşağı düşür. Bu müvəqqəti müsbət təsir göstərsə də, sonradan ciddi təhlükələrə səbəb ola bilər”.

Bu xəbər oxucular tərəfindən 707 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |