05.04.2012 [10:15] - Siyasət
Mübariz Əhmədoğlu: “Putinin siyasəti Rusiyanın parçalanması ilə nəticələnəcək”
Aprelin 4-də Siyasi İnnovasiya və Texnologiyaları Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu mart ayında dünyada və regionda baş verən ictimai-siyasi proseslərin yekunları ilə bağlı hesabatını açıqladı. SİTM rəhbəri dünyada baş verən hadisələrin fonunda Rusiyada keçirilən prezident seçkilərini qabartdı. Qeyd etdi ki, Rusiyada prezident seçkiləri öncəsi Qərb və ABŞ Putinin prezident seçilməməsi üçün müəyyən iş görüb. Hadisələrin sonrakı gedişində isə Qərbin və ABŞ-ın fərqli mövqe tutması müəyyən sualların yaranmasına gətirib çıxarır: “Seçki öncəsi Qərb, eləcə də ABŞ Putinin prezident seçilməməsi üçün iş aparırdı. Rusiya Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrini elan edəndən sonra Putini təbrik edənlər arasında Qərb Putini təbrik etdi. ABŞ-ın təbriki gecikməyinə baxmayaraq baş tutdu. Ümumilikdə Putinin prezident seçilməsi ABŞ-Rusiya münasibətləri 180 dərəcə dəyişdi. Rusiyanın Gürcüstanla bağlı təşvişinə ABŞ müəyyən aydınlıq gətirdi. Bunların sırasında Gürcüstanın NATO-ya üzv ola bilməyəcəyi və ABŞ-ın Gürcüstana satdığı silahların çeşidlərinin bəlli olmasıdır”. M.Əhmədoğlu Putinin prezidentlik dövrünü dəyərləndirərkən bunları qeyd etdi: “Putinin prezident seçilməsi Rusiyanın imperialist maraqlarını ortaya qoymuş oldu. Aydın məsələdir ki, indiki zamanda Rusiyanın MDB ölkələrinin çoxuna təzyiq və təsir etmə imkanları böyükdür. Ancaq bütün bunlar, yəni Rusiyanın belə bir maraqdan çıxış etməsi Rusiya üçün təhlükəlidir. Çünki yaxın zamanlarda MDB ölkələrinin Rusiyadan üz döndərməsi ilə yanaşı Rusiya daxilində olan etnik azlıqların ərazi iddialarına qalxacağı qaçılmazdır. Bu isə Rusiyanın parçalanması ilə nəticələcək”. STİM rəhbəri İran ətrafında baş verən proseslərə də toxundu. Qeyd etdi ki, İran rəhbərliyinin yürütdüyü daxili və xarici siyasət yanlış olduğundan İranın vəziyyəti günü-gündən pisləşir: “İran nüvə texnologiyasından danışır. Ancaq bəlli olur ki, İran daxili tələbatı ödəmək üçün taxılı ABŞ-dan alır. İsrail İran münasibətlərində də müəyyən gərginlik var. Bütün bunlar İrana qarşı müharibə risqinin hələ də tam sovuşmadığını deməyə əsas verir. Bundan başqa Rusiyanın 1940-cı ildə Rusiya və İran arasında başğanan müqavilənin hələ də gündəmdə olduğunu açıqlaması da Rusiyanın da İrana qarşı hərbi müdaxilə edə biləcəyini deməyə əsas verir. Onu da qeyd edim ki, Rusiya yeganə ölkədir ki, onun əlində İrana hücum üçün hüquqi sənəd var”. M.Əhmədoğlu İrana ediləcək hücumda ABŞ-ın Ermənistan faktorundan istifadə edəcəyini istisna etməyib: “Ermənistan Rusiyaya inanmır. Bunu əsaslandırmaq üçün son zamanlar Ermənistan ərazisində həyata keçirilən hərbi təlimləri göstərmək olar. Rusiyanın Ermənistanda olan hərbi texnikasının həyata keçirdiyi təlimlərlə yanaşı Ermənistan ABŞ-ın da Ermənistanda hərbi təlimlər keçirməsinə icazə verməsi, Ermənistanın Rusiyaya bel bağlamamasına bir işarədir. Bundan başqa onu da qeyd edək ki, ABŞ-ın İrana hücumunda Gürcüstan və Ermənistan mühüm rol oynayacaq. ABŞ dəniz piyadalarının Gürcüstan ərazisi ilə Ermənistana gələcəyi istisna olunmur”. M.Əhmədoğlu Ermənistanda siyasi vəziyyətin dözülməz olduğunu dedi. Bildirdi ki, S.Sarkisyan qarşıdan gələn parlament seçkilərinə hazırlıq görür. Ermənistan prezidenti parlamentdə daha çox millət vəkili ilə təmsil olunmaq üçün xüsusi ssenari hazırlayıb. Bu ssenaridə hərbi gücün qaçılmaz olduğu açıq-aydın ortadadır.
Ədil Ədilzadə

Bu xəbər oxucular tərəfindən 1339 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |