Şrift:
Azərbaycan millisinin qapıçısı Kamran Ağayev 3 oyunluq cəzalandırılıb
18.01.2017 [10:17] - İdman
Azərbaycan millisinin və Portuqaliyanın "Boavişta" klubunun qapıçısı Kamran Ağayev 3 oyunluq cəzalandırılıb. Bu barədə Portuqaliya Futbol Federasiyasının İntizam Şurası qərar qəbul edib.
31 yaşlı qolkiperin cəzalanmasına ölkə çempionatının sonuncu turunda "Benfika" ilə keçirilmiş oyundan sonra insident zamanı birbaşa qırmızı vərəqə alması və mübahisədə iştirakı səbəb olub. Bununla da Ağayev "Aruka" və "Çaves"lə səfər, "Belenensiş"lə isə ev oyununu buraxmalı olacaq.
"Benfika" isə azarkeşlərin priotexniki vasitələrdən və təhqiredici şüarlardan istifadəsinə görə, 6 min avro cərimlənib.
Qeyd edək ki, "Benfika" və "Boavişta" arasında keçirilmiş oyun 3:3 hesabı ilə başa çatıb.
Bu xəbər oxucular tərəfindən 448 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed