18.01.2017 [10:31] - İdman
Türkiyənin Antalya şəhərində qış hazırlığını davam etdirən "Neftçi" bu gün növbəti yoxlama görüşünü keçirib.
“ağ-qaralar” Rusiyanın “Tosno” klubu ilə üz-üzə gəliblər. Bu, paytaxt təmsilçisinin Antalyadakı 4-cü oyunu olub. Buna qədər Türkiyənin "Sivasspor" komandası ilə qolsuz heç-heçəyə razılaşan Elxan Abdullayevin rəhbərlik etdiyi komanda ardınca Özbəkistan "Nasaf"ına 0:1, Albaniyanın "Kukesi" klubuna isə 2:4 hesabı ilə məğlub olub.
Bakı vaxtı ilə saat 18:00-da "Bellis Deluxe” otelinin meydançasında baş tutan görüş 2:2 hesabı ilə başa çatıb. "Ağ-qaralar"ın heyətində qolları oyunun 18-ci dəqiqəsində Kardozo və 90-cı dəqiqədə penaltidən Murad Ağayev vurub.
Yoxlama görüşü
17 yanvar
"Neftçi" - "Tosno" - 2:2
Antalya. "Bellis Deluxe" otelinin meydançası
"Ağ-qaralar" yanvarın 4-dən start götürən Türkiyə toplanışına ayın 21-də yekun vuracaq.

Bu xəbər oxucular tərəfindən 504 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |