Şrift:
İran səfiri Türkiyə XİN-ə çağırılıb
05.04.2012 [10:55] - Gündəm
İranın Ankaradakı səfiri Bəhmən Hüseynpur dünən iranlı məmurlar tərəfindən Ankaranın ünvanına səsləndirilən tənqidlərlə bağlı izahat vermək üçün Türkiyə XİN-ə çağırılıb. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu məlumat verib.
Davudoğlu bildirib ki, İran hakimiyyətinin bəzi nümayəndələrinin Suriya məsələsində Türkiyənin tutduğu mövqe, xüsusilə də Ankaranın ABŞ-ın göstərişi ilə hərəkət etməsində ittiham olunması ilə bağlı fikirlərinə görə narahatlığının ifadə etmək üçün İranın XİN-in rəhbəri Əli Əkbər Salehi ilə əlaqə saxlayıb.
Bir müddət əvvəl İran Parlamentinin spikeri Əli Laricani Türkiyədə bu günlərdə "Suriyanın dostları" konfransının keçirilməsini tənqid edib. Parlamnetin xarici məsələlər üzrə komitəsinin rəhbəri Ələddin Burucərdi də Ankaranı kəskin tənqid edib. Bəzi iranlı məmurlar Tehranla İranın nüvə proqramına dair altılıq qrupu ilə danışıqların İstanbulda keçirilməsinin əleyhinə çıxış ediblər.
Davudoğlunun sözlərinə görə, Salehi iranlı məmurların Türkiyə tərəfini qəzəbləndirən şərhlərinin rəsmi Tehranın mövqeyini əks etdirmədiyinə əmin edib.
Bu xəbər oxucular tərəfindən 960 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed