18.01.2017 [10:58] - Sosial
Dərin böhranın hökm sürdüyü Ermənistanın əyalətlərində yaşayış səviyyəsi ildən-ilə ağırlaşır. Yoxsul həyat tərzinə dözə bilməyən əhali isə miqrasiyaya üstünlük verir. Nəticədə kəndlər boşalır, infrastruktur dağılır.
Ermənistanın əyalətlərində bu qış da digərlərindən fərqlənmir. Ənənəvi problemlər hələ də aradan qaldırılmayıb. Ölkənin ən böyük şəhərlərindən olan Gümrü sakinləri bildirirlər ki, qış onlar üçün ən dözülməz fəsildir. Bu il havaların bir qədər tez soyuması və dekabrda temperaturun mənfi 25-30 dərəcə olması vəziyyəti bir qədər də ağırlaşdırıb. Kəndlərdə təbii qaz olmadığından əhali evlərini müxtəlif vasitələrlə qızdırmaq məcburiyyətindədir. Yüklənmə çox olduğundan enerjinin tez-tez kəsilməsi də vətəndaşları narahat edir. Çünki, hər adamın baha qiymətə odun almağa imkanı yoxdur.
“Şirak” analitik mərkəzi 1200 belə ailə qeydə alıb. Onların yanacaq problemlərinin həlli üçün müxtəlif xeyriyyə təşkilatlarına müraciət olunub. Mərkəzi rəhbəri Vaan Tumanyan bildirib ki, əvvəllər diaspor belə çağırışlara operativ reaksiya verirdi. İndi onlar da yardımları dayandırıblar. Çünki, xaricdə toplanaraq Ermənistana göndərilən vəsait hökumət tərəfindən mənimsənilir. “Şirak” mərkəzindən əyalətlərdə infrastrukturun dağıldığı da bildirilir.
Kəndlərdə əsasən qadınlar, uşaqlar və yaşlı insanlar yaşayır. Həmin ailələrin əmək qabiliyyətli kişiləri isə ölkə xaricində miqrant kimi gedib və geri dönməyiblər. Hüquq müdafiəçisi Karine Danielyan bunun cəmiyyətə böyük zərbə olduğunu deyir. Gənclər ölkəni tərk edir, yaşlılar isə kəndlərdə kimsəsizlikdən əziyyət çəkir. Vəziyyəti dəyişmək üçün isə hökumətin hər hansı proqramı yoxdur. İndi Ermənistan rayonları boşalmış kəndlər, tənha qocalardan ibarətdir.

Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |