Şrift:
Ölkə iqtisadiyyatına 15 milyard manat investisiya qoyulub
18.01.2017 [11:31] - İqtisadiyyat
2016-cı ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14903,4 milyon manatlıq vəsait yönəldilib.
Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, vəsaitin 72,7 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunan vəsaitin 79,8 faizi məhsul istehsalı obyektlərinin, 15,6 faizi xidmət sahələri üzrə obyektlərin, 4,6 faizi isə ümumi sahəsi 1677,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 40,5 faizini təşkil edib.
Bu xəbər oxucular tərəfindən 504 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed