Şrift:
Fərəc Quliyev Lütfi Zadəyə başsağlığı verib
18.01.2017 [12:32] - Gündəm, Siyasi partiyalar
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev azərbaycanlı alim Lütfi Zadənin həyat yoldaşı Fey Zadənin vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir:
“Cənab Lütfi Zadə Azərbaycan xalqının elə bir milli sərvətidir ki, onun təqdimatı üçün adı yetərlidir.
Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri kimi yüksək və saysız titullara sahib olmaqla Lütfi Zadə dünyaca ən nüfuzlu azərbaycanlılardan biridir.
Hər bir azərbaycanlının qürur mənbəyi olan görkəmli azərbaycanlı alim Lütfi Zadənin adı dünyanın elm tarixinə qızıl hərflərlə həkk olunub.
Süni intelllekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, olan Lütfi Zadənin elmi kəşfləri, elmi ideyaları bəşəriyyətin inkişafına, insanların rahatlığına, rifah halını yaxşılaşdırmağa xidmət edən elmi ideya və kəşflərdir. Buna görə də bütün dünyada, Lütfi Zadəyə böyük diqqət göstərilir, önəm verilir.
Bu da onun qazandığı uğurların ifadəsidir. Hər uğurlu kişinin arxasında bir güclü qadın iradəsinin dayanması prizmasından yanaşanda cənab Lütfi Zadənin bu uğurlarında həyat yoldaşı xanım Fey Zadənin müstəsna rolu vardır deməkdir. Xanım Fey Zadə Azərbaycan xalqı və dünya azərbaycanlıları üçün olduqca dəyərli bir insandır. O, həm də müəllifi olduğu "Qeyri-səlis məntiqin atası ilə mənim həyatım və səyahətlər" əsəri ilə Lütfi Zadə haqqında bizə daha dolğun məlumatlar verən bir insandır. Xanım Fey Zadənin vəfatı bizləri dərindən sarsıtdı. Şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından xanım Fey Zadənın vəfatı ilə bağlı dərin hüzünlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirəm!”
Bu xəbər oxucular tərəfindən 1066 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed