19.01.2017 [10:13] - Gündəm, İqtisadiyyat
Avropa İttifaqının maliyyə dəstəyi ilə 2016-2017-ci illər ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində "Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi" adlı Tvinninq layihəsi həyata keçirilir.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, layihə Çex Metrologiya İnstitutu (ÇMİ) və Almaniyanın Fizika-Texniki İnstitutunun (PTB) yaratdığı konsorsium tərəfindən yerinə yetirilir.
Layihənin məqsədi komitə yanında Dövlət Metrologiya Xidmətinin etalon kalibrləmə laboratoriyalarının fəaliyyətinin beynəlxalq səviyyəyə çatdırılması, metrologiya sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, Azərbaycanda metrologiya infrastrukturunun beynəlxalq təcrübəyə uyğunlaşdırılması, bu məqsədlə müvafiq təlimlərin təşkil edilməsi və həyata keçirilməsindən ibarətdir.
Tvinninq layihəsi çərçivəsində Çex Metrologiya İnstitutunun (ÇMİ) və Almaniyanın Fizika-Texniki İnstitutunun (PTB) 11 eksperti ötən il ərzində mütəmadi olaraq Dövlət Metrologiya Xidmətinə səfər edib.
Səfərlər zamanı ekspertlər temperatur, kütlə, təzyiq, dozimetrik, elektrik, vaxt və tezlik, sıxlıq və özlülük dövlət etalonları laboratoriyalarına baxış keçirib, keyfiyyətin idarəolunması sistemi üzrə sənədlərə baxıb, təhlil işləri apararaq müvafiq sahələr üzrə hesabatlar və tövsiyələr veriblər.
Tvinninq layihəsi üzrə işlər bu il də davam etdiriləcək.

Bu xəbər oxucular tərəfindən 462 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |