Şrift:
OPEC və ABŞ-ın statistikası nefti bahalaşdırır
19.01.2017 [10:17] - Gündəm, İqtisadiyyat
Dünya birjalarında neft bahalaşmaqdadır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,41 dollar və ya 0,80% artaraq 51,49 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,45 dollar və ya 0,83% artaraq 54,37 dollar olub.

Neftin bahalaşmasının səbəblərinə gəlincə, ABŞ-ın Neft İnstitutunun proqnozlarına əsasən həftə ərzində ölkənin kommersiya neft ehtiyatları 5,04 mln. barel azalıb. Rəsmi statistika bu gün açıqlanacaq.

Bununla yanaşı, OPEC-in ötən gün açıqladığı statistikaya əsasən, kartel ölkələri və 11 digər neft istehsalçısı sutkalıq hasilatı azaltmaq üçün səylərini əsirgəmir.
Bu xəbər oxucular tərəfindən 430 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed