19.01.2017 [10:20] - İdman
“Barselona” rəhbərliyi braziliyalı futbolçu Marlon Santosla əməkdaşlığı uzun müddətə davam etdirmək qərarına gəlib. Kataloniyalılar keçən il icarəyə götürdükləri müdafiəçinin transfer hüququnu birdəfəlik alıblar.
Bunun üçün “Fluminense” klubuna 2 milyon avro ödəniləcək. 21 yaşlı “sambaçı” “Barselona” ilə 5 illik müqavilə imzalayıb.
“Barselona”nın 2016-cı ildə cəlb etdiyi Marlon əvəzedici komandanın formasını geyinib. Əsas komandada rəsmi oyuna çıxmayan futbolçu “Barselona B”də 9 matçda iştirak edib.
Qeyd edək ki, Marlon Braziliyanın U-20 yığmasının da üzvüdü.

Bu xəbər oxucular tərəfindən 416 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |