19.01.2017 [11:32] - İqtisadiyyat
Hazırda gömrük orqanlarında kadr problemi var. Biz bununla bağlı hökumət qarşısında məsələ qaldırmışıq".
Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.
"Hazırda sərhəd-keçid məntəqələrində və hava nəqliyyatında kadr çatışmır", - deyə o, əlavə edib.
A.Əliyev rəhbərlik etdiyi qurumun Azərbaycana göz qişası idxalına imkan verməməsi ilə bağlı deyilənlərə də münasibət bildirib: "Göz qişası ölkəyə gətirilməsinə yol verilən mallar siyahısında deyil. Əgər hansısa qərar qəbul edilsə biz də buna şərait yaradarıq".
Komitə sədri "Sınıq körpü" keçid məntəqəsində baş verən sıxlığa da aydınlıq gətirib: "Azərbaycandan Gürcüstana hansısa əşya aparmaq mümkün deyil. Amma Gürcüstandan bura hər dəqiqə mal keçirilər. Gürcüstanda bəzi işbazlar var ki, Azərbaycana qanunsuz pampers, siqaret keçirirlər. Bizdə elə insanlar var ki, 3-5 saniyədən bir rentgen aparatından keçir. Hansı ki, o şüadır və leykemiya xəstəliyi yaradır".

Bu xəbər oxucular tərəfindən 832 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |