Şrift:
Azərbaycan ilə Qətər arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
19.01.2017 [11:42] - Gündəm, İqtisadiyyat
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla Ərəb İnsan Hüquqları Cəmiyyətinin prezidenti və Ərəb Gözdən Əlillər Federasiyasının sədri Xalid Ali Naemi arasında görüş keçirilib.

Nazirlikdən bildirilib ki, görüşdə N.Səmədov Azərbaycan və Qətər arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, ölkəmizdə bu sahələrdə həyata keçirilən islahatlar barədə məlumat verib.

Körfəz ölkələri ilə viza rejiminin sadələşdirilməsindən söz açan nazir müavini deyib ki, iki ölkə arasında hökumətlərarası müqavilələrin və birbaşa təyyarə reyslərinin mövcudluğunun nəticə olaraq 2016-cı ildə Qətərdən Azərbaycana səyahət edən turistlərin sayı 5.5 dəfə artıb.

Görüş zamanı iki ölkənin turizm obyektlərində fiziki imkanları məhdud şəxslərin sərbəst fəaliyyəti üçün zəruri infrastrukturun yaradılması müzakirə olunub.

Xalid Ali Naemi Qətər dövlətində bu sahədə mövcud standartlar və görülən işlər barədə məlumat verib.

Azərbaycan ilə İslam ölkələri arasında bütün sahələr üzrə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Nazim Səmədov 2017-ci ilin Azərbaycan Prezidenti tərəfindən ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu diqqətə çatdıraraq bu qərarın Azərbaycan və İslam ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da intensivləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Bu xəbər oxucular tərəfindən 547 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed