05.04.2012 [14:50] - Gündəm
İran nüvə danışıqlarının Bağdadda keçirilməsi ilə bağlı rəsmi şəkildə İraqa müraciət edib. Bunu İraqın xarici işlər naziri Huşyar Zibari aprelin 3-də jurnalistlərə açıqlamasında deyib.
Bundan əvvəl İranın 5+1 qrupu (Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) ilə nüvə danışıqlarının İstanbulda keçirilməsi barədə razılıq əldə edilmişdi. Danışıqların bir həftə sonra keçirilməsi planlaşdırılıb.
Huşyar Zibari deyib: “İran rəsmən bizə təklif edib ki, bu ölkənin 5+1 qrupu ilə gələn həftəyə nəzərdə tutulan danışıqları İstanbulda yox, Bağdadda keçirilsin”.
İraqın Xarici İşlər Nazirliyinin rəsmi saytında yayılan məlumata görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının rəsmisi Əli Bağırinin başçılıq etdiyi nümayəndə heyəti İraqa səfərə gəlib. Nümayəndə heyəti nüvə danışıqlarının Bağdadda keçirilməsi üçün İraq rəsmilərinə rəsmi təklif irəli sürüb. Məlumatda İraq rəsmilərinin İranın təklifinə müsbət yanaşdığı vurğulanır.
Aprelin 3-də İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı (fərmandehi), Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayi jurnalistlərə açıqlamasında Qərblə növbəti nüvə danışıqlarının Türkiyədə yox, başqa bir ölkədə keçirilməsini təklif edib: “Türkiyəli dostların əldə etdiyimiz bir sıra razılaşmalara, verdikləri vədlərə sadiq qalmadığını nəzərə alaraq 5+1 qrupu ilə danışıqların başqa bir dost ölkədə keçirilməsi yaxşı olar. Türkiyəyə inanmaq olmaz. Elə buna görə də hesab edirəm ki, bu müzakirələrin Bağdad, Beyrut və ya Dəməşqdə keçirilməsi İstanbuldan daha münasibdir. Biz elə davranmalıyıq ki, 5+1 qrupu bizim zəif mövqedən çıxış etdiyimizi düşünməsin. Məhz buna görə də müzakirələrin keçiriləcəyi yer haqda fikirləşmək lazımdır. Onlar elə bilməməlidir ki, İstanbul bizim yeganə və son seçimimizdir”.
Aprelin 2-də millət vəkilləri qarşısında çıxış edən İran parlamentinin sədri Əli Laricani Suriya mövzusu ilə bağlı İstanbul konfransından danışıb: “İstanbulda “Suriyanın dostları” adı ilə keçirilən konfrans əslində İsrailə rüşvət verənlərin konfransıdır. Bu konfransa qatılan ölkələrin nümayəndələrindən soruşmaq lazımdır ki, bölgədə demokratiyanın vəziyyətindən və təhlükəyə düşməsindən narahatsınızsa, nəyə görə Bəhreyndəki vəhşi diktatorluğun və digər ölkələrdəki diktatorluqların qarşısında susur, sakit durursunuz?”.

Bu xəbər oxucular tərəfindən 1072 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |