Şrift:
Almaniyadan Azərbaycana dəstək
05.04.2012 [15:38] - Sosial
Almaniya Azərbaycana sərhədlərin qorunması sahəsində dəstək göstərib

Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən xəbər verilib. Almaniya Federal Polis İdarəsi və Azərbaycan Dövlət Sərhəd Xidməti arasında ikitərəfli əməkdaşlıq çərçivəsində Sərhəd Xidmətinə saxtalaşdırılmış sənədlərinin müəyyən edilməsi üçün 50 ədəd cihaz təhvil verilib.
Təhvil verilmə mərasimindən əvvəl Sərhəd Xidmətinin əməkdaşları üçün bir həftə ərzində təlim keçirilib. Almaniya bu dəstəklə transsərhəd cinayətlərin, xüsusilə qeyri-qanuni miqrasiyanın azaldılmasına töhvə vermək istəyir.
Almaniyanın Federal Polis İdarəsi və Dövlət Sərhəd Xidməti arasında 2004-cü ildən etibarən intensiv işgüzar əlaqələr mövcuddur. Bu günə kimi illik əməkdaşlıq proqramları çərçivəsində beynəlxalq standartlara uyğunlaşdırma üzrə ikitərəfli təlim və təchizat yardımının çoxsaylı layihələri həyata keçirilib.
Bu xəbər oxucular tərəfindən 1540 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed