Şrift:
Türkiyədə daha bir HDP-çi deputat həbs edilib
21.01.2017 [11:03] - Gündəm, Hüquq
Türkiyədə PKK terror təşkilatının uzantısı kimi tanınan Xalqların Demokratiya Partiyasının (HDP) daha bir millət vəkili polis tərəfindən saxlanılıb.

Türkiyə mediasının yaydığı məlumata görə, o, Ankara Ədliyyəsinə aparılıb.

HDP-nin Batman millət vəkili Ayşə Acar Başaran səhər saatlarında polisə aparılıb. HDP-dən bildiriblər ki, A. A. Başaranın zorla ifadə verməyə gətirilməsi haqqında qərar var. Buna uyğun olaraq o, Ankarada saxlanılıb.

Qeyd edək ki, bugünə qədər HDP sədri Səlahəddin Dəmirtaş və həmsədri Figen Yüksəkdağ olmaqla 12 nəfər həbs olunub.
Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed