21.01.2017 [11:12] - Gündəm, Borçalı
Yanvarın 20-də Tbilisidə Gürcüstanın ana müxalifət hesab olunan “Vahid Milli Hərəkat” Partiyasının (VMHP) qurultayı keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, 7 min nəfərə yaxın partiya üzvünün iştirak etdiyi qurultayda partiyanın siyasi kursuna, təşkilati məsələlərə baxılıb.
Qurultayda 42 nəfərdən ibarət siyasi şuranın üzvləri seçilib. Gürcüstan parlamentinin deputatı Azər Süleymanov da siyasi şuranın üzvü seçilib.
Qurultayda partiyanın sədri vəzifəsinə seçki keçirilmədyindən bu post boş qalıb. Qərara gəlinib ki, Gürcüstanın üçüncü prezidenti, VMHP yaradıcısı Mixeil Saakaşvilinin ölkəyə qayıdışına icazə verilənə qədər partiyanın sədri postuna seçki keçirilməyəcək.
Partiyanın baş katibi postuna da seçki keçirilməyib. Baş katib Vano Merabişvili həbsdə olduğu üçün onun da yerinə seçki keçirilməyib.
Baş katibin vəzifələrini partiyanın yeni seçilmiş siyasi şuranın sədri icra edəcək.
Qurultayın sonunda qətnamə qəbul olunub.

Bu xəbər oxucular tərəfindən 989 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |