Şrift:
Azərbaycanlı erməni axtarışa verilib
06.04.2012 [10:06] - Hadisə
Rusiya Azərbaycanda doğulmuş daha bir ermənini beynəlxalq axtarışa verib

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumata görə, 1983-cü il təvəllüdlü Civan Safaryan odlu silah və partlayıcı qurğulardan istifadə etmə və sağlamlığa zərər vurma cinayətlərində təqsirli bilinir. O, Rusiya Federasiyası daxili işlər orqanları tərəfindən beynəlxalq axtarışa verilib.

Məlumat üçün qeyd edək ki, 29 yaşlı Civan Safaryan Azərbaycanın Göygöl rayonunun Çaykənd kəndində doğulub. Ötən əsrin 80-ci illərin sonlarında, Dağlıq Qarabağ münaqişəsi başlayan zaman ailəsi ilə birlikdə Azərbaycanı tərk edib, hazırda Rusiya vətəndaşıdır.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya hüquq-mühafizə orqanları Azərbaycanda doğulan daha bir ermənini – 40 yaşlı Minas Nalbandyanı da beynəlxalq axtarış verib. O, odlu silah və partlayıcı qurğulardan istifadə etməklə ağır cinayətlər törətməkdə təqsirli bilinir.
Bu xəbər oxucular tərəfindən 1249 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed