Şrift:
Avropada mədəniyyət abidələrinin oğurluğu ilə bağlı əməliyyat keçirilib: 70-dən çox saxlanılan var
23.01.2017 [10:21] - Hüquq
Avropanın ayrı-ayrı ölkələrində incəsənət əsərlərinin və mədəni-tarixi abidələrin oğurluğuna, habelə satışına qarşı mübarizə məqsədilə irimiqyaslı əməliyyat keçirilib.
Bu barədə İspaniyanın Mülki Qvardiyası bildirib.
Məlumata görə, əməliyyat zamanı 75 nəfər saxlanılıb. Onlardan 3,5 mindən çox mədəniyyət abidəsi götürülüb.
Xəbərdə qeyd edilir ki, "Pandora" əməliyyatında Avropanın 18 ölkəsi, həmçinin Avropol, İnterpol, YUNESKO, Ümumdünya Gömrük Təşkilatı iştirak edib. İspaniyanın hüquq-mühafizə orqanlarının məlumatına görə, tapılmış 3561 mədəni abidəsiinin yarısı arxeoloji tapıntılardır.
Saxlanılanların hansı ölkələrin vətəndaşı olmaları barədə məlumat verilmir.
Bu xəbər oxucular tərəfindən 516 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed