Şrift:
Moldovada rus dilində reklama görə cərimələr tətbiq olunub
06.04.2012 [10:47] - Gündəm, Hüquq
Moldovada reklam və vizual informasiyanın rus dilində və digər əcnəbi dillərdə yerləşdirilməsinə görə cərimələr tətbiq olunub.
“Kommersant.md”-nin xəbərinə görə, müvafiq qanun layihəsi parlamentdə qəbul olunub.
Moldova qanunvericiliyi dövlət dilindən başqa digər dillərdə də reklam yerləşdirilməsinə icazə verir. Amma bu zaman moldavan dilində paralel mətn də yerləşdirilməlidir.
Bu qaydaların pozulmasına görə indiyədək cərimə tətbiq olunmayıb. Bir müddət əvvəl hakim koalisiyaya daxil olan Liberal Partiyadan olan deputatlar Valeri Muntyanu və Anna Qutsu ölkədə bütün reklam və informasiyanın rus dilində olmasına etiraz edərək, bunu “rumın dilində danışan çoxluğun hüquqlarının pozulması və rumındilli vətəndaşlara qarşı ayrı-seçkilik” (Moldovanın dövlət dili latın əlifbalı moldovan dili olsa da, bir çoxları onu rumın dilinin dialekti hesab edirlər) kimi qiymətləndiriblər.
V.Muntyanu və A.Qutsu qanunun tələblərini pozanlara qarşı cəzaların tətbiq olunması təşəbbüsü ilə çıxış ediblər, parlament isə onların bu təşəbbüsünü dəstəkləyib. Beləliklə, bundan sonra Moldovada reklam haqqında qanunvericiliyin tələblərini pozan fiziki şəxslər 400-3 000 ley (30-250 dollar), hüquqi şəxslər isə 6 000-10 000 ley (500-850 dollar) cərimə olunacaqlar.
Bu xəbər oxucular tərəfindən 1644 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed