Şrift:
Azərbaycanda təhsil alan tələbələr üçün yeniliklər tətbiq ediləcəkdi
06.04.2012 [10:58] - Mədəniyyət
Azərbaycanda ali məktəb tələbələri oxuduqları təhsil müəssisəsində onlara keçilən, amma tədris səviyyəsindən razı qalmadıqları fənləri digər ali məktəbdə öyrənə biləcəklər.
Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev bildirmişdir ki, ali təhsil sistemində bu dəyişiklik kredit sisteminin tətbiqi ilə əlaqədardır. Hazırda bununla əlaqədar müvafiq sənədlərə dəyişikliklərin edilməsi üçün iş aparılır.
Şöbə müdiri demişdir ki, tələbə hansısa fənni digər ali məktəbdə keçmək üçün təhsil müəssisəsinin rektoruna müraciət edəcəkdir. Bu halda tələbənin həmin ali məktəbdə aldığı qiymət tələbənin təhsil aldığı məktəb tərəfindən tanınacaqdır. Tələbə seçdiyi fənnin tədrisini təhsil aldığı ali məktəbin rəhbərliyi ilə razılaşdırmaya da bilər. Bu halda onun qiyməti təhsil aldığı məktəb rəhbərliyi tərəfindən tanına da, tanınmaya da bilər. Buna görə də tələbənin bu işi təhsil aldığı ali məktəbin rəhbərliyi ilə razılaşdırılmış şəkildə etməsi daha məqsədəuyğundur. Bu yeniliyin tətbiqi üçün ali məktəblər arasında müəyyən qarşılıqlı əməkdaşlıq da qurulacaqdır.
İ.Mustafayev hesab edir ki, bu yeniliyin tətbiqi nəticəsində artıq ali məktəb tələbələrinin köçürülməsi məsələsi öz əhəmiyyətini itirəcəkdir. Tələbə bir ali məktəbdən digərinə ona görə köçür ki, istədiyi ali məktəbdə tədris daha keyfiyyətlidir.
Bu xəbər oxucular tərəfindən 1225 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed