25.01.2017 [10:16] - İslam dini
"Dünya əhalisinin 14 faizi, Avropa əhalisinin isə 5 faizi müsəlmandır. Hazırda dünyanın 160 ölkəsində məscid fəaliyyət göstərir".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və “Azərbaycan” qəzetinin “İslam həmrəyliyi ili” ilə əlaqədar keçirdiyi birgə “dəyirmi masa”da DQİDK sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, bu gün dünyanın iqtisadi payında (ÜDM-də) İslam dünyasının xüsusi çəkisi 8,5 faizdir: "8,5 faiz o qədər də böyük rəqəm deyil. Hətta bəzi sahələrdə gerilik müşahidə olunmaqdadır. Bunun da səbəbi müsəlman ölkələrində baş verən toqquşmalar, müharibələrdir. Həm insanlar həlak olur, həm də infrastruktur dağıdılır. Dünyanın neft ehtiyatlarının 62 faizi, qaz ehtiyatlarının isə 60 faizi müsəlman ölkələrinin payına düşür. Ancaq İslam dünyasında neft ixracından böyük gəlirlər əldə edən ölkələr vardır ki, onlar öz yatırımlarını, çox təəssüf ki, müsəlman ölkələrinə deyil, başqa istiqamətlərə yönəldirlər. Burada maddi maraq ön plana çıxır və bunu başa düşmək olar. Lakin hər halda İslam həmrəyliyində bu, nəzərə alınmalıdır".
Komitə sədri onu da bildirib ki, bu gün dünya mediasında İslamı gözdənsalma kampaniyası gedir və İslam dünyası, İslam dini haqqında aşağılayıcı fikirlər səsləndirilir, mənfi rəy formalaşdırılmağa cəhd edilir. O, bu kampaniyalara qarşı həmrəylik nümayiş etdirilməsinin vacibliyini vurğulayıb: "İslam dünyasının media rəhbərləri bir ayara gəlməli, daha effektiv fəaliyyətlə bağlı vahid platforma hazırlanmalıdır. Bu, başqalarına qarşı deyil, özünümüdafiə məqsədi üçün həyata keçirilməlidir".

Bu xəbər oxucular tərəfindən 747 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |