Şrift:
Mərkəzi Ordu İdman Klubunun taekvandoçuları respublika çempionatında 10 medal qazanıblar
25.01.2017 [10:35] - İdman
Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun (MOİK) taekvandoçuları gənclər və böyüklər arasında respublika çempionatında on medal qazanıblar.

Azərbaycan Taekvando Federasiyasının, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən gənclər arasında respublika birinciliyində Bakıda və bölgələrdə fəaliyyət göstərən komandalardan 2000-2002-ci il təvəllüdlü 365 gənc (300 oğlan, 65 qız) mübarizə aparıb. Gənc “hərbçilər” üç gün davam edən yarışda 5 medal qazanıblar. Oğlanların birinciliyində Bəhruz Quluzadə (45 kq), qızlardan isə Şəms Həsənova (68 kq) bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüblər. Nurlan Şirinov (48 kq), Rza Məcidov (68 kq) və Sevil Zamanova (59 kq) isə bürünc medallara sahib olublar.

Bu göstərici ilə MOİK komanda hesabında ikinci yeri tutub.

Böyüklər arasında respublika çempionatında isə Bakıda və bölgələrdə fəaliyyət göstərən komandalardan 230 idmançı çempionluq uğrunda mübarizə aparıb. MOİK idmançıları bu yarışda da uğurla çıxış ediblər. Komanda 6 medal əldə edib. Bunlardan 5-i kişi taekvandoçuların payına düşüb. Ələsgər Əliyev (68 kq) və Bayraməli Vəliyev (87 kq) qızıl, Namaz Heydərov (74 kq) və Seyidəzim Bədirxanlı (80 kq) gümüş, Mikayıl Əliyev (54 kq) isə bürünc medal qazanıblar. Qadın idmançılardan isə Zeyvi Kərimova (53 kq) bürünc medal əldə edib.

MOİK çempionatda bu nəticə ilə üçüncü yeri tutub.
Bu xəbər oxucular tərəfindən 593 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed