06.04.2012 [12:20] - Mədəniyyət
Yazıçı-jurnalist, tarixi araşdırmaçı, “31 mart” Azərbaycanlı Soyqırımını Tanıtım Təşkilatının sədri Xaqani İsmayılın “Erməni məsələsi və türk-müsəlman soyqırımı” kitabı çapdan çıxıb. Məlumata görə, Türk dünyasının və insanlığın fəxri simalarından, ünlü fikir, siyasət və hərb xadimi Kazım Qarabəkir Paşaya ithaf olunan kitab I Dünya Müharibəsi fonunda Qafqaz, Güney Azərbaycan və Anadolu türklərinin, müsəlmanlarının soyqırımını arxiv sənədləri və sənədli qaynaqlar əsasında hazırlanıb. Müəllif kitaba “erməni məsələsi”, erməni tarixinin bəzi saxtalaşdırılmış məqamları haqqında qeydlərini və qondarma “erməni soyqırımı”nı təkzib edən elmi araşdırmalarını da daxil edib.
Əsərdə 1918-ci ilin mart qırğınları, Quba, Şamaxı, Göyçay, Cavad qəzalarında, Qərbi Azərbaycanda və Qarabağda soyqırımları, Nuru Paşanın Azərbaycana göndərilməsi, Osmanlı arxivlərində 1914-1921-ci illərdə ermənilərin türklərə qarşı törətdikləri kütləvi qırğınlarla bağlı sənədlərin siyahısı verilib.
Kitabda türk yazılı abidələrinin qədimliyi də araşdırılıb. Əsərdə “Qafqaz İslam Ordusunun xilaskar əməliyyatları”, “Erməni terroru yeni dönəmdə”, “Kürdlərin türk soyundan gəldiyinə dair tarixi sənədlər” kimi maraqlı bölümlər də yer alıb.
Kitab elmi ictimaiyyət, siyasətçilər, diplomatlar və diaspora qurumları üçün nəzərdə tutulub.

Bu xəbər oxucular tərəfindən 1249 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |