25.01.2017 [11:10] - Xəbərlər, DAVAMın yazıları
Memarlıq abidələri insan əli ilə inşa olunduğundan taleləri də insan taleyinə bənzəyir. Baxın, ulu hökmdarların sarayları əsrlər sonra da sanki bəzənmiş gəlin kimi qarşımızda dayanır. Qədim məscidlər, minarələr Allahın dərgahındaymış kimi hüzur içində, sükutla göylərə sarı dikəlir. Türbələrin isə elə bil yaradılışdan taleyinə qəbristanlıq yazılıb. Onlar əsrlərdir ki, əbədi sükunətə qərq olub bu fani dünyanın gərdişini seyr etməkdədirlər. Azərbaycanın Füzuli rayonu ərazsisində, Babı kəndində yerləşən Şeyx Babı Yəqub türbəsi də onlardan biridir. 7 əsrdən çoxdur bu türbənin yaşı. Haqqında danışılan əfsanə və rəvayətlər isə heç saya gəlməz. Ona görə də, hər kəs bu türbəni bir dəfə də olsa yaxından görmək istəyər. Mənim də arzum idi bu türbəni ziyarət etmək. Nə yaxşı ki, Füzulidə "Azərxalça" ASC-nin emalatxanasının açılışı bu arzumun reallaşmasına imkan yaratdı. Təşəbbüs isə professor Vidadi Muradovdan gəldi. Vidadi müəllim deyəndə ki, Füzuliyə gəlmişkən bəlkə Şeyx Babı Yəqub türbəsini də ziyarət edək?- hamımız sevindik. "Azərbaycan Xalçaları" jurnalının redaktoru Ülviyyə Məmmədova da, jurnalın məsul katibi Tünzalə Babayeva da , mən də. Çünki yolboyu Vidadi Muradovun Şeyx Babı Yəqub türbəsi haqqında maraqlı söhbətlərinə qulaq asa-asa gəlmişdik. Nəhayət, budur, fırtınadan sağ çıxan Nuhun gəmisi kimi Şeyx Babı Yəqub türbəsi qarşımızda şəstlə dayanıb. Onu dövrəyə alan köhnə qəbristanlıq bu sehirli məkanı bir az da hüznlü edib. Bu hüzn ziyarətə gələnlərin ovqatına da təsir göstərməmiş deyil. Qədim qəbir daşları arasında adam təkcə özündən yox, mühitindən də qopur, uzaqlaşır. Hər daşın altında bir insan, hər daşın üstündə bir tarix yatır. Vidadi müəllimi qədim qəbir daşları daha çox maraqlandırır deyəsən. O, əcdadlarımızın məişətindən ən adicə bir elementi, tutaq ki, bir kilim, heybə təsvirini onların qəbir daşlarında görmək ümidi ilə köhnə məzarlığı addım-addım gəzir. Axtardığını tapa bilmir, amma müxtəlif maraqlı təsvirlərə və yazılara rast gəlirik. Hər halda, bu daşların üstünü oxuya bilmək ziyarətçilərin ən böyük arzusu olardı. Amma bu arzu da Şeyx Babı Yəqubu daha yaxından tanımaq arzusu kimi əlçatmazdır.
Yerli camaatın Şıxbabatürbəsi kimi tanıdığı Şeyx Babı türbəsində Şeyx Babı Yəqub dəfn olunub. Kim olub Şeyx Babı Yəqub? 13-cü əsr tarixçisi Fəzlullah Rəşidəddinin məlumatlarında göstərilir ki, Şeyx Babı Yəqub dövrünün böyük alimi və təriqət mürşüdü olub. 13-cü əsrdə Babi Yaqibun başçılığı altında Qarabağda başlamış xalq hərəkatı ideoloji çərçivədən çıxıb hərbi-siyasi xarakter alıb. HəttaElxani hökmdarları belə ona hörmətlə-izzətlə yanaşırdılar. Fəzlullah Rəşidəddin bu haqda belə yazırdı." Sultan Əhməd Hülaki Xanın Kutiy xatundan olan yeddinci oğlu Təkudar Şeyx Babi Yaqubun müridlərinə çox hörmət edirdi. 1282-1284-cü il hadisələrində Sultan Əhmədin qardaşı Arqun onun əleyhinə çıxış edəndə Sultan məhz Şeyx Babi Yaqub və onun müridlərindən kömək istəmişdi."
Hörmətli alimimiz Məşədixanım Nemətin "Azərbaycanda pirlər" kitabında isə bu fikirlərin davamını görürük. Müəllif yazır. " Məqbərədə xalq kütlələri arasında böyük nüfuz qazanmış,bir siyasi xadim kimi xarici işğalçıları və yerli hökmdarları səcdəyə gətirmiş və 700 il bundan qabaq vəfat etmişAzərbaycan alimi dəfn olunmuşdur. Məqbərədəki kitabənin Quranın 55-ci surəsinin 26-cı ayəsinin( Yer üzündə nə varsa fanidir, ancaq Allah baqidir) sözləri ilə bitməsi onun sufi şeyxi olduğunu, məqbərəsinin müqəddəs ziyarətgah, özünün zahid, yəni sufilikdə ən yüksək dərəcə hesab edilən üçüncü dərəcəyə malik olmasını , kamil şeyxliyini bildirir." Yeri gəlmişkən, Məşədixanım Nemət Şeyx Babı Yaqub türbəsinin kitabəsini oxuyan ilk Azərbaycan alimidir. Bu haqda irəlidə danışacam. Amma hələlik Şeyx Babı Yaquba yerli camaatın münasibətindən danışım. Babı kəndində Şeyx Babı Yaquba münasibət bir övliyaya, bir pirə, bir müqəddəs din adamına olan münasibətdir. Məsələn, bizi türbəyə müşayiət edən qonşu Arayatlı kəndinin cavan tarix müəllimi Ramiz Rüstəmzadə Şeyx Babı Yəqubun hürifiliklə bağlı olduğunu deyir. Babı kənd sakini, ali təhsilli mühəndis olan Əbdülhəmid Ələkbərov isə Şeyx Yəqubumemar sayır. Bəlkə də o təriqət memarı olub, bəlkə də dövlətin memarı, bəlkə də elm memarı ?! Kim bilir?! Hər halda, onların bilikləri bu sahəni tədqiq edənlərin biliklərindən çox deyil.
Tədqiqatçılar isə nə birdir, nə də beş. Xüsisilə, 19-cu əsrin ikinci yarısı, 20-ci əsrin əvvəllərində bir çox rus alimləri bu işə maraq göstəriblər. Onlardan biri də Peterburq Elmlər Akademiyasının müxbir üzvü, şərqşünas alim Nikolay Xanıkov idi. Onu həm də türbədəki kitabənin oxunuşuna nail olan ilk rus alimi kimi xarakterizə etmək olar. Nikolay Vladimiroviç Xanıkov 1819-cu ildə Rusiya imperiyasının Kalujskaya quberniyasında doğulub. O, şərq dillərini uşaqlıqdan müstəqil şəkildə öyrənmişdi. Sonradan 1853-cü ildə Təbriz konsulu vəzifəsində işləyərkən N. Xanıkov dil biliklərini daha da təkmilləşdirir.Öz müşahidə və tədqiqatlarını məktub şəklində çap etdirən Nikolay Vladimiroviç "Qafqaz təqvimi" adlı gündəliyini də yazıb. Tədqiqatlarında Təbriz zəlzələsindən tutmuş Dərbənddə müridizm mövzusuna qədər bir çox mətləblərə toxunan Xanıkov Füzilidəki Şeyx Babı türbəsinin 1271-1272-ci illərdə Məşədi Babı Yəqub ibn Saadın əmrilə tikildiyini yazıb. Abidənin inşa tarixini iki il o tərəfə çəkən isə Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru Məşədixanım Nemətdir. Məşədixanım Nemət öz əsərində bildirir ki, Xanıkov Babı türbəsini tədqiq etsə də, kitabənin oxunuşunda ciddi səhvlərə yol verib. "Xəttatın simmetriya və bəzək xatirinə bəzi hərfləri eyni şəkildə yazması kufi kitabəsinin oxunuşunu daha da qəlizləşdirib. Məlumdur ki, ərəb əlifbasında bir sıra hərflərin qrafik təsviri eynidir. Xüsusilə əvvəldə və ortada yazılan "ba", "ta", "sa", "nun" və "ya" hərflərinin eyni formada olması onların oxunmasını çox çətinləşdirir. BU hərfləri bir-birindən fərqləndirən əlamət ancaq müxtəlif saylı nöqtələrdir. Nöqtələrin xətdən aşağı və yuxarı düzülməsindən , eləcə də sayından asılı olaraq bu hərflərdən biri oxunur."Məqbərənin ərəb dilində yazılmış kitabəsinin tərcüməsi belədir." Bu müqəddəs məqbərənin zahid, kamil Şeyx Babi Yaqub ibn İsmail Qur Xər üçün tikilməsinə altı yüz yetmiş ikinci ildə əmr olunmuşdur. 672-ci il 1273-1274-cü miladi ilinə müvafiqdir. (Məşədixanım Nemət. "Azərbaycanda pirlər" səh. 14-15)Şeyx Babi Yəqubun kitabədə İsmayil Qur Xərin oğlu kimi qeyd olunması onu İsmaililər hərəkatı ilə bağlı olduğu ehtimalını artırır. Qur Xər təxəllüsü ilə məşhur olan Əbü-l-Fütuh əl-Həsən ibn Əbd-əl -Məlik əl-Həmədani ismaili ideoloqu Həsən Səbbahın bacısı oğlu idi. Fəaliyyətinin əvvəllərində o Qəzvin şəhərinin imamı olmuşdu. Sonra batinilər nəzəriyyəsini qəbul etmişdi. Şiə imamları və Qəzvin sünnüləri onu bidətdə təqsirləndiriridilər. O İsmaililərin əsas qalası olan Ələmuta qaçdı və onların ən məşhur təbliğatçılarından oldu. Qur Xər təxəllüsünü digər tarixi şəxsiyyətlər də daşımışdılar. Qur Xərin lüğəti mənası "başını uca tutmaq" deməkdir. İsmaililər hərəkatı Azərbaycanda tədqiq olunmayıb. İranda bu hərəkat şiəliyin ifrat cərəyanlarından biri kimi feodallara, səlcuqlara və monqollara qarşı çevrilmiş bir hərəkat idi. 11-13-cü əsrlərdə İsmaillilər hərəkatının əsas qüvvəsini sənətkarlar, şəhər yoxsulları və kəndlilər təşkil edirdilər. Səlcuqlara və monqollara qarşı mübarizədə müvəqqəti olaraq bəzi İran feodalları da ismaillərlə ittifaqa girirdilər.13-cü əsrin 20-ci illərində monqolların zərbəsilə ismaili dövlətinin məhvindən sonra yeni demokratik qüvvələr hakimiyyətə gəldi. Mənbələrdə ismaililərin axırıncı XarəzmşahCəlaləddinlə ittifaq yaratmaq üçün cəhd göstərmələri haqqında məlumat verilir. İran tədqiqatçıları mənbələr əsasında ismaili hərəkatının şimalda-xüsusilə Deyləm, Curcan, Təbəristan, Kuhistan və Azərbaycanda yayılmasını göstəriridilər. Kitabələr, o cümlədən Babi Yəqub türbəsinin kitabəsi İsmaililər hərəkatının Qarabağda, Arranda və Azərbaycanın digər əyalətlərində geniş yayıldığını sübut edir.
Şeyx babı Yəqub türbəsinin məqbərəsi üzərində həm də "Yer üzərində nə varsa məhv olacaqdır" yazılıb. Amma göründüyü kimi, bu türbə əsrlərdir məhv olmayıb və günümüzə qədər gəlib çıxıb. Ona görə də göydə Allaha, yerdə türbənin memarı Əli Məcidəddinə minnətdar olmalıyıq. Əli Məcidəddin 13-cü əsrdə Qarabağda yaşayıb yaratmış ən istedadlı memar olub. Onun adı cəmi bir abidənin üzərində qalıb ki, o abidə-türbə də Zəngilanın Məmmədbəyli kəndindədir. Deməli, həm də erməni işğalı altında. Bu haqda çox maraqlı məlumatı tədqiqatçı alim Rizvan Qarabağlının "Qarabulaqdan Füzuliyədək" kitabında oxuyuruq. Alim yazır ; "Baxmayaraq ki, Mikayıl Useynov, L. Britanitski və A. Salamzadənin müəllifliyi ilə 1963-cü ildə Moskvada çap olunan " Azərbaycan Memarlığı tarixi" adlı əsərdə bu abidədən danışılır, amma abidənin üzərindəki kitabə haqqında yanlış məlumat verilir. Bildirilir ki, abidədə kitabə yoxdur. Halbuki, abidənin portalı üzərində kitabə var və həmin kitabə abidənin fotosurətində aydınca görünür. Kitabə aşağısı düz və yuxarısı oxvari tağla tamamlanan yeganə sal daş üzərindədir. Oyma üsulla nəsx xətti ilə ərəb dilində türbənin sahibi Yəhya ibn Məhəmməd əl- Hacıtürbənin Əli Məcidəddinin əli ilə Ramazan ayı, hicri 704-cü ildə, miladi təqvimlə 24 aprel 1305-ci ildə bina olunduğunu yazır." Vəssalam. Əli Məcidəddinin adına başqa heç yerdə rast gəlmək olmur. Amma onun özünəməxsus üslubu bütün Arran və Qarabağ memarlığının hər bir abidəsində özünü göstərir. O cümlədən, Şeyx Babı Yəqub türbəsində də.
Şeyx Babı Yəqub türbəsi yaxşı cilalanmış təbii əhəng daşı ilə inşa olunub. Türbə səkkizbucaqlıdır və bu həndəsi tərz onun həm gövdə, həm də dam örtüyündə saxlanılıb. Hündürlüyü 10 metr olan abidənin yerüstü hissəsinə giriş şimal tərəfdəndir. Maraqlıdır ki, həmin giriş qapısı yer səviyyəsindən 1,5 metr hündürlüyə malik olmasına baxmayaraq bura daxil olmaq üçün heç bir pilləkən qoyulmayıb. Abidə kürsülüyünün bütün tərəflərində çoxguşəli ulduzları olan xonçalar həkk olunub.
Yaşlı sakinlər danışırdılar ki, türbənin yerüstü hissəsindəki cənub pəncərəsinin önündə qoyulmuş daş qutuda bir nəfər dəfn olunub. Güman edirfilər ki, bu Şeyx Babı Yəqubun özüdür. Amma onda da sərdabədə dəfn olunan kimliyi məsələsi ortaya çıxırdı. Həqiqətən də, şeyx qutuda, özü də pəncərə qarşısında dəfn olunacaqdısa, o zaman türbədə ayrıca yeraltı sərdabə tikmək kimə lazım idi? İstənilən halda bu suallar Şeyx Babı Yəqub türbəsində arxeoloji qazıntılar aparılmasını zəruri edirdi. Məhz bu zərurətdən 2011-ci ilin iyulunda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Füzuli arxeoloji ekspedisiyası tərəfindən 1100 kvadratmetr ərazidə arxeoloji qazıntılar aparılır. Və... Şeyx Babı Yəqub türbəsi xanəgahında iki yox, 6 daş qutuda qəbir aşkarlanır. Hansı ki, indiyədək arxeoloqlar Azərbaycanda bu tipli məzarlara rast gəlmədiklərini deyirlər. Qəbirlər xüsusi kərpiclərlə və daşlarla tikilib, kaşı ilə bəzədilibmiş. Bu qəbirlərin döyüşçü qəbirləri olduğu ehtimal edilir. Çünki, qəbirlərdən birində başsız skelet, digərində isə skeletlə yanaşı ox ucluqları tapılır.
Ehtimallar isə belədir. Bu qədirlərdə uyuyanlar mütləq halda Şeyx Babı Yəqubun övladları və silahdaşlarından, müridlərindəndir.Onların Şeyx Yəqubun vəsiyyəti ilə türbədə dəfn edildiyini düşünmək olar.
Məhz həmin qazıntılar Şeyx Babı Yəqub xanəgahında sahəsi 576 kvadratmetr olan 14-cü əsrə aid ictimai bina qalıqlarını, yeraltı sərdabəni aşkara çıxarır.
Sərdabənin əsas yeraltı hissəsi salamat qalsa da, dam örtüyü ermənilərin atdığı mərmilər nəticəsində uçulub tökülmüş, nəticədə digər otaqların girişi tamamilə bağlanmışdı. Bu yerdə bir haşiyə çıxım ki, 1993-cü il avqustun 23 də Füzuli işğal olunandan sonra bir bir kəndlərin də Ermənistan Silahlı qüvvvələri tərəfindən işğalı reallaşır. Babı kəndinin sakinləri həmin ilin noyabrın 22-də evlərini tərk edirlər. Azərbaycan Ordusunun dekabrda başlatdığı əməliyyat nəticəsində işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi düşməndən geri alınır və bu işdə ümummilli lider Heydər Əliyevin böyük rolu olur.1994-cü ilin yanvarın 5-də Babı kəndinin sakinləri öz doğma evlərinə qayıdırlar. Amma cəmi bir aydan bir az artıq davam edən işğal dövründə düşmən o biri kəndlər kimi Babıya da küllü miqdarda ziyan vurmuşdu. Kənd sakinlərinin evlərini yandırmış, Şeyx Babı Yəqub türbəsi də müharibənin dəhşətini dadmışdı. Məscidin yeganə minarəsi kimi qədim sərdabəni də sıradan çıxmışdı. Buna baxmayaraq, sərdabənin salamat qalmış divarlarındakı həndəsi ornamantli qırmızı, göy, firuzəyi rəngli kaşı mozaikalar 13-cü əsrin qiymətli sənət əsəri kimi indi də öz estetik dəyərini bu gün də saxlayır. Maraqlıdır ki, kənd sakinləri hələ sovet dövründə bu sərdabənintaxçalarından əski əlifba ilə yazılmış kitablar da tapdıqlarını söyləyirlər. Ümumiyyətlə, bu xanəgah haqqında danışılanları heyrətlə dinləməli olursan.
Əbdülhəmid Ələkbərov. Mənim babam 1884-cü il təvəllüdlü idi. Bura Naxçıvanın Şərur rayonunun Didivar kəndindən köçüb gəliblər. 110 yaşında rəhmətə gedib babam. O danışırdı ki, məscidin minarələrini 19-cu əsrdə baş verən qanlı müharibələrdə atılan toplar darmadağın etmişdi. Qəbristanlıq yaxın illərə kimi də kərpic qırıntıları ilə dolu olardı. Sonradan bu vandallığı ermənilər törətdi. Onlar yeganə minarəniTOP atıb zədələdilər. Hansı ki, o minarəni qonşu Araytılı kəndindən olan Şahmar kişinin oğlu 1990-cı illərdə təmir etmişdi. Ermənilər onu dağıtdılar, minarənin dibini də qazdılar. Bilmirəm baxmısız baxmamısız, türbənin aşağı tərəfində gözəl kafellər vardı, bu gün heç biri də yoxdu. Sındırdılar, daşıdılar, başına yüz oyun açdılar abidənin.
Bu gün Şeyx Babı Yəqub türbəsi dövlət tərəfindən mühafizə olunur. 13-cü əsrin qiymətli memarlıq abidəsi kimi Mədəniyyət və Turizm Nazirliyində qeydiyyatdan keçib. Amma Babı kəndinin camaatı Şeyx Babı Yəqub türbəsinin hələ də araşdırılmasına ehtiyac duyurlar. Çünki bu gün də bu kənddə türbə ilə bağlı adamlar arasında müxtəlif rəvayətlər dolaşır. Onlardan biri də türbədən İrana yeraltı yolun olması ilə bağlı deyilənlərdir. Bəlkə də belə bir yol var, bəlkə də fantaziyadır, deyə bilmərik. Amma əminliklə demək olar ki, Şeyx Babı Yəqub türbəsi memar Əli Məcidəddinin şah əsərlərindən biridir. O, Əcəmi Naxçıvani məktəbini mükəmməl öyrənmiş və yaradıcılığında bu memarlıq ənənələrindən geniş istifadə etmişdir. Məsələn, mütəxəssislər Şeyx Babı Yəqub türbəsində Mömünə xatun türbəsinin təsirini dərhal hiss edirlər. Türbənin xarici divarları hər tərəfdən hər birinin eni 3 metr olan dördbucaqlı taxçalarla bəzədilib ki, həmin taxçaların daxilində çatılmış tağla ikinci bir taxça işlənib. Məhz bu taxçalar öz forması ilə Naxçıvandakı Mömünə xatun türbəsinin stalaktikli tağlarını yada salır. Lakin, Mömünə xatun türbəsindən fərqli olaraq Şeyx Babı Yəqub türbəsinin sivri uclu günbəzi təkqatlıdır.
Türbələr öz dövrünün ən məşhur və nüfuzlu adamlarının qəbirləri üzərində tikilərdi. Şeyx Babı Yəqubu da bizə türbəsi üzərindəki kitabə tanıtdı. Kitabə isə kitab deyil. Əgər dövrünün qələm adamları onun adını kitabəyə yox, kitaba salsaydılar, Şeyx Babı Yəqubu daha yaxından tanıyacaqdıq.
İstifadə olunan ədəbiyyat
Məşədixanım Nemət " Azərbaycanda pirlər"
Rizvan Qarabağlı " Qarabulaqdan Füzuliyədək"
Ləman Əliəşrəfqızı
AZərxalça ASC-nin mətbuat katibi, Əməkdar jurnalist

Bu xəbər oxucular tərəfindən 867 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |