Şrift:
Azərbaycanın Əməkdar Artisti Özbəkistanın “Dostluq” ordeninə layiq görülüb
25.01.2017 [14:33] - Mədəniyyət
Daşkənddə Beynəlmiləl Mədəniyyət Mərkəzinin (BMM) 25 illiyi ilə bağlı böyük bayram tədbiri keçirilib.

Özbəkistan Prezidenti Şavkat Mirziyayev salona toplaşanları və ölkədə yaşayan xalqları BMM-in 25 illiyi münasibətilə təbrik edərək sabitliyin yaradılmasında bu xalqların böyük rolu olduğunu söyləyib.

Dövlət başçısı bildirib ki, bu gün Özbəkistanda 130-dan artıq xalq və millətin nümayəndələri əmin-amanlıq şəraitində yaşayır, ölkədə 137 milli mədəniyyət mərkəzi, 16 dini konfessiya fəaliyyət göstərir. Məktəblərdə 7 dildə dərslər keçirilir, televiziya kanallarında 12 dildə verilişlər hazırlanır, 10 dildə qəzet və jurnal dərc edilir.

Sonra dövlət başçısı BMM-ə daxil olan milli mədəniyyət mərkəzlərinin bir qrup rəhbərinə və aktiv əməkdaşlarına müvafiq mükafatlar təqdim edib.

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının rəhbəri, Əməkdar Artist Kövkəb Əliyeva da mükafat alanlar sırasındadır.

Özbəkistan Prezidenti Kövkəb Əliyevaya “Dostluq” ordeni təqdim edib, mükafat alanlara daha böyük uğurlar arzulayıb.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 565 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed