Şrift:
Azərbaycanda Folklor Studiyası yaradılıb
25.01.2017 [14:39] - Mədəniyyət
Azərbaycanda folklor nümunələrinin saxlanılması və daha geniş ictimaiyyətə çatdırılması üçün Folklor Studiyası yaradılıb.

Azərbyacan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov bildirib ki, bu ildən studiya tam gücü ilə fəaliyyətə başlayıb: “Folklor nümunələrinin öyrənilməsi, araşdırılması sahəsində görülən işlərin bir tərəfi də mövcud materialların praktik cəhətdən işlənməsidir. Folklor materiallarının, disklərin hazırlanması, sənədli filmlərin çəkilməsivə digər məsələlər studiyada həyata keçiriləcək. Studiyanın yaradılması ilə imkanlar genişləndiyi üçün daha çox işlərin görülməsi planlaşdırılır. “Azərbaycançılıq və multukulturalizm” layihəsinin tərkib hissəsindən biri kimi studiyanın xətti ilə azsaylı xalqların zəngin folklor mədəniyyətinin, folklor ansamblarını, nümunələrinin disklərə köçürülməsi, geniş şəkildə yayılması təmin ediləcək”.
Bu xəbər oxucular tərəfindən 522 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed