Şrift:
Müəllif Hüquqları Agentliyinə daxil olan müraciətlərin sayı açıqlanıb
25.01.2017 [14:49] - Sosial
Ötən il Müəllif Hüquqları Agentliyinə 665 müraciət daxil olub.
Agentlikdən verilən məlumata görə, onlardan 76-sı elektron qaydada olmaqla 661-i birbaşa vətəndaşlardan, 4 müraciət isə digər təşkilatlardan aidiyyəti üzrə baxılmaq üçün göndərilib.
Müraciətlərin 565-i müsbət, 3-ü qismən həll edilib, 79-na müvafiq izahat verilib, 14-ü əsassız sayılıb, 2-si baxılmaq üçün aidiyyəti təşkilata göndərilib, 2-si isə hazırda icradadır.
Vətəndaşların müraciətlərinə baxılmasının nəticəsi barədə məlumat və bu sahədə görülən işlər haqqında qısa arayış Azərbaycan Prezidenti Administrasiyasına göndərilib. Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin qarşılaşdıqları aidiyyəti problemlərin həlli məqsədilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi üçün hesabat ilində Müəllif Hüquqları Agentliyinin müvafiq əmri ilə Apellyasiya Şurası yaradılıb. Bununla da 10 sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin hüquqpozmalarla bağlı aidiyyəti üzrə müraciət etmək imkanları yaradılıb.
Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed