Şrift:
Azərbaycan yığmasının Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqibləri müəyyənləşir
26.01.2017 [10:49] - İdman
Bu gün 21 yaşadək futbolçulardan ibarət yığma komandalar (U-21) arasında 2019-cu il Avropa çempionatının seçmə qrup mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
UEFA 54 yığmanı reytinqlərinə əsasən 6 səbətə bölüb. Final mərhələsinə ev sahibliyi edəcək İtaliya seçmə mərhələdən azad edildiyi halda, digər təşkilatçı ölkə San Marinoya belə güzəşt edilməyib.
Azərbaycan sondan əvvəlki - E səbətində Litva, Ermənistan, Bosniya və Herseqovina, Belarus, Qazaxıstan, Kipr, Latviya, Estoniya ilə birgə yer alıb. Bu isə o deməkdir ki, U-21 yığması adıçəkilən ölkələrdən olan həmyaşıdları ilə bir qrupa düşməyəcək.
Avropa futbol qurumunun İcraiyyə və Fövqəladə Komitəsinin qərarına əsasən, İspaniya yığması Cəbəllütariqlə, Kosova isə Serbiya, həmçinin Bosniya və Herseqovina ilə qarşılaşa bilməz.
Püşkatmada yer alan səbətlərin tərkibi:
A səbəti: Almaniya, Portuqaliya, İngiltərə, İspaniya, Danimarka, Fransa, İsveç, Çexiya, Serbiya
B səbəti: Slovakiya, İsrail, Hollandiya, Avstriya, Xorvatiya, Belşika, Polşa, İsveçrə, Sloveniya
C səbəti: Ukrayna, Norveç, Rusiya, Türkiyə, Rumıniya, İslandiya, Yunanıstan, Çernoqoriya, Finlandiya
D səbəti: Uels, Bolqarıstan, Makedoniya, Gürcüstan, Macarıstan, İrlandiya, Şotlandiya, Moldova, Albaniya
F səbəti: Malta, Lüksemburq, Şimali İrlandiya, Farer adaları, San Marino, Andorra, Lixtenşteyn, Cəbəllütariq, Kosovo
E səbəti: Azərbaycan, Litva, Ermənistan, Bosniya və Herseqovina, Belarus, Qazaxıstan, Kipr, Latviya, Estoniya
Turnirin seçmə qrup mərhələsinin oyunları martın 20-də start götürəcək.
Seçmə qrup mərhələsinin təqvimi:
20 - 28 mart
5 - 13 iyun
28 avqust - 5 sentyabr
2 - 10 oktyabr
6 - 14 noyabr
19 - 27 sentyabr (2018)
3 - 11 oktyabr
8 - 16 oktyabr
Pley-off
12 - 20 noyabr (2018)
Qeyd edək ki, 9 qrupda ilk pilləni tutan 9 ölkə yığması birbaşa Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar. İkinci yeri tutanlardan birinci, üçüncü, dördüncü və beşinci yerdəki komandalarla oyunlardakı xalları nəzərə alınmaqla ən yaxşı göstəriciyə malik 4-ü isə "pley-off"a yüksələcək. Ev və səfər prinsipi ilə keçiriləcək "pley-off" qarşılaşmalarından sonra daha 2 komanda final mərhələsinə vəsiqə əldə edəcək. Beləliklə, 2019-cu il Avropa çempionatında təşkilatçı İtaliya ilə birgə 12 ölkə mübarizə aparacaq.
Bu xəbər oxucular tərəfindən 589 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed