06.04.2012 [18:29] - Güney Azərbaycan xəbərləri, Hüquq
İranda insan hüquqlarının vəziyyəti narahatlıq doğuran məsələ olaraq qalır. BMT-nin İranda insan hüquqlarının vəziyyətini araşdıran xüsusi nümayəndəsi Əhməd Şahidin bildirdiyinə görə, vəziyyət getdikcə ağırlaşır. BMT-nin hesabatında insan hüquqları müdafiəçiləri və jurnalistlərin təqib və edamlara məruz qalma hallarının artdığı bildirilir. Hazırda o ölkədə 45 jurnalist həbsdədir. İran rəsmilərinin ölkəyə daxil olmağa icazə vermədiyi nümayəndə “Amerikanın səsi”nə bildirib ki, müsahibə apardığı 163 nəfər özləri və ya ailə üzvlərinin hüquqlarının pozulduğundan danışıb. GHT-lər və İran diaspunun üzvləri ilə görüşlər keçirən Şahid deyib ki, onların 25 faizi İranda yaşayır. Lakin o, həmin şəxslərlə necə əlaqə saxladığı barədə məlumat verməyib.
Bu arada, ABŞ prezidenti Barak Obama İranın neft sektoruna qarşı sanksiyaların artırılmasına çalışır. Dünyanın üçüncü ən böyük neft ixracatçısı olan İranın gündəlik neft ixraçı 2.5 milyon barrel təşkil edir. Onun əsas alıcıları Kuba, Cənubi Koreya, Hindistan, Fransa, Britaniya, İspaniya, Yunanıstan və İtaliyadır. Barak Obama dünya marketlərində kifayət qədr neft ehtiyatı olduğunu bildirib. Lakin son aylar xam neftin qiyməti artmaqda davam edir. Hazırda bir litr neft qiyməti bir dollardan artıqdır.

Bu xəbər oxucular tərəfindən 1760 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |