Şrift:
Güney Azərbaycanlı mədəni fəal Mehdi Vahidi Sani tutuqlanıb
06.04.2012 [18:40] - Gündəm, Güney Azərbaycan-Təbriz
Sulduzlu milli-mədəni fəal Mehdi Vahidi Sani həbs edilib. O, hazırda Miyana şəhərinin Mərkəzi zindanında həbsdə saxlanılır. Vahidi Sabiti, barəsində çıxarılmış 6 aylıq həbs qərarını keçirmək üçün 2012-ci il martın 6-da (1390-cı il isfəndin 16-da) tutulub və zindana intiqal edilib.



Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal 3 il öncə əl işləri sərgisində Azərbaycanın mədəniyyəti ilə bağlı məhsulları sərgilədiyi üçün yaxalandıqdan sonra, Miyana şəhərinin inqilab məhkəməsi tərəfindən sistemin əleyhinə təbliğdə günahlandırılaraq 6 ay həbsə məhkum edilib.



Xatırladaq ki, adını çəkdiyimiz fəal Azərbaycanın mədəniyyətinin inkişafı uğrundakı fəaliyyətlərinə görə bundan öncədə dəfələrlə təzyiqlərə məruz qalıb və həbs edilib.
Bu xəbər oxucular tərəfindən 1435 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed