Şrift:
DAK Birlik Qurultayına hazırlıq üzrə TK-si mətbuat konfransı keçirib
07.04.2012 [11:29] - Diaspor
DAK-ın Azərbaycan nümayəndəliyinin sədri, Dünya Azərbaycanlıları Konqresinin Birlik Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Səftər Rəhimli SİA-ya açıqlamasında bildirib ki, DAK-ın hər iki İdarə Heyəti tərəfindən 21 nəfərdən ibarət Birlik Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb: “Təşkilat Komitəsinin üzvləri dünyanın müxtəlif ölkələrində olduqları üçün bu gün keçirilən konfransa Rusiyadan və Avropadan nümayəndələr dəvət edilib, o cümlədən Bakıda fəaliyyət göstərən DAK İdarə Heyətinin üzvləri və mətbuat xidmətinin rəhbəri də iştirak edib”.

Onun sözlərinə görə, aprelin 28-29-30-da Belçikanın Brüssel şəhərində Qurultay olacaq və Qurultayda DAK birlik və bütövlüyünü nümayiş etdirərək birləşəcək. Qurultay DAK-ın parçalanmış iki rəsmi tərəfi ilə deyil, onun fəaliyyətində böyük xidmət göstərən, lakin kənarda qalan şəxslərin iştirakı ilə keçiriləcək.

Səftər Rəhimli həmçinin vurğulayıb ki, dünyada dəyişmələr baş verir və biz artıq millətimizlə bağlı qərar verməliyik. “Artıq bir yerdə birləşməyin və Güney Azərbaycanla bağlı da mühüm ümumi nəticəyə gəlməyin zamanıdır”,-deyə o əlavə edib.

Qeyd edək ki, Qurultayda DAK Qadınlar Şurası, DAK Ağsaqqallar Şurası və DAK Gənclər Şurasının üzvlərinin iştirakı da gözlənilir.
Bu xəbər oxucular tərəfindən 1497 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed