26.01.2017 [15:52] - Gündəm, Bildiriş
Sinoptiklər hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, yanvarın 27-si gündüzdən ayın sonunadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Arabir yağış yağacaq, bəzi yerlərdə sulu qara, qara keçəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.
Yanvarın 27-də Abşeron yarımadasında gündüz güclü xəzri küləyi əsəcək ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Sabahdan etibarən ayın sonunadək şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-7° aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.

Bu xəbər oxucular tərəfindən 494 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |