Şrift:
Həccə getmək istəyən vətəndaşlardan sənəd qəbuluna başlanıb
26.01.2017 [15:53] - Gündəm, Bildiriş
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ziyarət şöbəsi bu il Həccə getmək istəyən vətəndaşlardan sənəd qəbuluna başlayıb.

QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə səfərləri ilə həyata keçiriləcək. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları təşkil edir. Builki Həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur.

Zəvvarlardan sənəd qəbulu üçün xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4x6 santimetr ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.

Qafqaz Müsəlmanları İdarəsi vətəndaşların nəzərinə çatdırır ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu yalnız İdarənin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında, Təzəpir kompleksinin yanında yerləşən ziyarət şöbəsində aparılır.
Bu xəbər oxucular tərəfindən 523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed