Şrift:
Berluskoniyə qarşı istintaq bərpa edilib
27.01.2017 [10:53] - Hüquq
Milan prokurorluğu yetkinlik yaşına çatmayan fahişələrlə bağlı cinayət işi üzrə şahidləri ələ almaqda şübhəli bilinən İtaliyanın sabiq baş naziri Silvio Berluskoniyə qarşı istintaqı bərpa edilib.

İstintaq materiallarına əsasən, Berluskoni şəxsi mühasibi Cuzeppe Spinelliyə “Rubi işi” üzrə istintaqa cəlb olunmuş qadınlara yalan ifadələrinə görə pul verməyi tapşırıb.

İstintaqın məlumatına görə, 2016-cı ilin sentyabrından başlayaraq Berluskonu Spinelli vasitəsilə 4 qadına 10 köçürmə ilə 30 minədək avro verib.
Bu xəbər oxucular tərəfindən 621 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed