27.01.2017 [11:01] - Xəbərlər, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Daşkəsən-Göygöl-Goranboy arxeoloji ekspedisiyası Daşkəsən rayonu ərazisində arxeoloji tədqiqatlar zamanı onlarla yeni kurqan və daşqutu tipli qəbir abidələri qeydə alıb.
Bu barədə arxeoloji ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov məlumat verib. Alim bildirib ki, Əmirvar kəndinin şimal tərəfində yerləşən dağın tam zirvəsində, bir tərəfi dağıntıya məruz qalmış kurqana baxış keçirərkən, burada maraqlı faktlar əldə olunub. Bu kurqan kamerasında mühüm elmi yenilik kəsb edən fakt kurqanın inşasında istifadə olunan sal qaya parçalarının üzərində çəkilmiş qayaüstü təsvirlərdir ki, indiyədək Azərbaycan ərazisində belə faktlara rast gəlinməyib. Qayaüstü təsvirlər qırmızı rəngdə oxra ilə kameranın sağ, sol və üst daşlarında çəkilib. Təsvirlər insan, atlı, keçi, araba, ilan və s. rəsmlərdən ibarətdir. Kurqan kamerasında aşkarlanmış saxsı parçaları nümunələrinə əsasən, onun son tunc-erkən dəmir dövrünə məxsus olduğunu söyləmək olar.
B.Cəlilov, eyni zamanda, Goranboy rayonu ərazisində Uzun Rəmə kurqanlarında arxeoloji tədqiqatların aparıldığını bildirib. Alim qeyd edib ki, Uzun Rəmə kurqan ərazisi dəniz səviyyəsindən 295 metr hündürlükdə yerləşir. Kurqan ərazisindən son tunc ilk dəmir dövrünə aid bir neçə saxsı qab nümunələri, mineral daşlardan hazırlanmış muncuqlar, tunc bəzək əşyaları aşkar edilib.
İnstitut ilə Fransa Milli Araşdırmalar Mərkəzi arasında Azərbaycan ərazisində son eneolit və ilk tunc dövrü abidələrinin tədqiq edilməsi barədə razılıq əldə olunduğunu deyən B. Cəlilov bildirib ki, bununla əlaqədar artıq Goranboy, Göygöl, Tovuz ərazilərində arxeoloji abidələrə baxış keçirilib və tədqiq ediləcək arxeoloji abidələr müəyyənləşdirilib.

Bu xəbər oxucular tərəfindən 636 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |