Şrift:
İspaniyada Roma imperiyası dövrünə aid gəmi tapılıb
28.01.2017 [12:01] - Gündəm, Bildiriş
İspaniyalı arxeoloqlar Kabrera adası yaxınlığında Roma imperiyası dövrünə aid təqribən 1800 il əvvəl batmış gəmi aşkar ediblər.
"El País" nəşri xəbər verir ki, gəmi suyun 70 metr dərinliyində olub.
O, dövrümüzə qədər olduqca yaxşı qalan çoxlu sayda amfora daşıyırmış.
"Bizə məlum olduğu qədər, İspaniya sularında batdığı dövrdən bu günə qədər qətiyyən toxunulmayan gəmi ilk dəfədir tapılır", - deyə arxeoloq Xavyer Rodriqes bildirib.
Kabrera adaları yaxınlığında Roma imperiyası dövrünə aid ümumilikdə 12 gəmi aşkar edilib.
Arxeoloqlar hesab edirlər ki, gəmi eramızın III və ya IV əsrlərinə aiddir. Ehtimal olunur ki, uzunluğu təqribən 20 metr olan gəmi Şimali Afrika, İspaniya, Fransanın cənubu və hətta Roma arasında dövr edərək ticarət ilə məşğul olurmuş. Arxeoloqların qənaətinə görə, gəmi qədim Roma mətbəxinə aid balıq sousu daşıyırmış.
Bu xəbər oxucular tərəfindən 576 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed