28.01.2017 [12:04] - Gündəm, İdman
Gəncənin "Kəpəz" klubu Azərbaycan Premyer Liqasının XV turunda Bakıda "İnter"lə keçiriləcək oyuna itkilərlə çıxacaq.
Qarşıdakı matçda gəncəlilər üç futbolçusunun xidmətindən yararlana bilməyəcəklər.
Müdafiəçi Şəhriyar Əliyev və yarımmüdafiəçi Vüqar Bəybalayev xəstələnib. Onlar soyuqdəymədən əziyyət çəkdiyindən meydana çıxmayacaqlar. Tibb personalı sabah təkrar müayinə ilə V.Bəybalayevin vəziyyətini bir daha nəzərdən keçirəcək.
Müdafiəçi Renan Alveş isə cəzalıdır. Braziliyalı ötən ilin sonunda “Qəbələ” ilə səfər oyununda qırmızı vərəqə alıb.

Bu xəbər oxucular tərəfindən 547 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |