Şrift:
Xınalıqda 18 dərəcə şaxta var
28.01.2017 [12:20] - Gündəm, Bildiriş
“Hazırda Qubanın Xınalıq kəndində 18 dərəcə şaxta müşahidə edilir”. Bu barədə kənd sakinləri məlumat verib.
Bildirilib ki, kəndə gedən yollar buz bağlayıb, gediş-gəliş məhdudlaşıb:
“İnsanlar məcbur qalmadıqca yollara çıxmır. Hazırda da qar az-az yağmada davam edir. Amma güclü şaxta var”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 26-dan etibarən ayın sonunadək respublika ərazisində havaların kəskin soyuyacağı, qar yağacağı və yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib.
Bu xəbər oxucular tərəfindən 584 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed