Şrift:
Rimma Abdullayeva vəfat edib
28.01.2017 [12:25] - Gündəm, Mədəniyyət
Uzun illər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışmış, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Rimma Abdullayeva vəfat etmişdir.

Rimma Əli qızı Abdullayeva 24 oktyabr tarixində 1931-ci ildə Ağdamda anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirdikdən sonra "Mosfilm" kinostudiyasında film direktoru ixtisası üzrə ali kurslarda təhsil almışdır.

Rimma Abdullayeva "Bir cənub şəhərində", "Qətldən sonra yeddi gün", "Yol əhvalatı", "Qaladan tapılan mücrü", "Qəm pəncərəsi", "Avqust gələndə", "Sahilsiz gecə" və digər ekran əsərlərində film direktoru işləmiş, Azərbaycanın görkəmli kino xadimləri ilə çiyin-çiyinə çalışmış, bu gün də sevilərək izlənilən filmlərin ərsəyə gəlməsində yaxından iştirak etmişdir.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının kollektivi adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirik.

Allah rəhmət eləsin!
Bu xəbər oxucular tərəfindən 857 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed