Şrift:
Budapeştdə Macarıstan və Azərbaycan gənclər təşkilatlarının görüşü olub
07.04.2012 [14:18] - Diaspor
“Mən gənc səfirəm” ASAİF Forumu çərçivəsində Macarıstan gənclər təşkilatları ilə Azərbaycan gənclər təşkilatlarının geniş tərkibdə görüşü keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın verdiyi məlumata görə, öncə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev ölkəmiz haqda geniş məlumat verib. Azərbaycanda hər bir sahədə olduğu kimi, gənclər sahəsində də gerçəkləşən önəmli layihələrdən söz açan səfir gənclər təşkilatları üçün bu səpkili görüşlərin yeni və geniş imkanlar açdığını bildirib.
Daha sonra hər iki ölkənin gənclər təşkilatları fəaliyyətləri, həyata keçirdikləri layihələri haqda məlumatlar verib.
İki saat davam edən görüş zamanı ortaq layihələr müzakirə olunub, gələcək əməkdaşlıq istiqamətləri barədə danışıqlar aparılıb, qarşılıqlı təkliflər dinlənilib.
Sonda səfir V. Quliyev Macarıstan universitetlərinin tələbələri arasında keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm” müsabiqəsinin qaliblərinin essələrinin dərc olunduğu kitabları görüş iştirakçılarına təqdim edib.
Bu xəbər oxucular tərəfindən 1284 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed