30.01.2017 [10:11] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər xarici işlər nazirlərinin Moskva görüşlərində müzakirə olunub və Azərbaycan tərəfi də öz haqlı mövqeyini bildirib. Amma mən bütün hallarda Rusiyanın bu məsələdə arbitr kimi çıxış etməsini nə qənaətbəxş sayıram, nə də bunun effektli olacağını düşünürəm. Çünki bu problemi törədən elə Rusiyanın özüdür".
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda keçirdiyi son görüşlərinin nəticələrini şərh edərkən deyib.
Millət vəkilinin fikrincə, ermənilərin arxasında hansı qüvvələrin dayanmasından asılı olmayaraq, Azərbaycan bu məsələdə haqlı mövqeyindən geri çəkilməyəcək:
"Rusiyanın indiki çabalama halında Azərbaycanla bu cür oynaması, Azərbaycan ərazilərinin işğalda qalmasını təmin etməsi, ermənilərə qucaq açması, ermənilərin artıq daxili pasportlarla Rusiya gəliş-gedişinə imkan yaratması, iqtisadi məsələlərdə, investisiya qoyuluşunda Ermənistanı "açıq qapı" elan etməsi, birgə ordu yaratması onu göstərir ki, Rusiya birmənalı şəkildə ATƏT-in Minsk qrupunda bitərəf kimi çıxış eləmir və əslində erməniləri dəstəkləyir.
Moskvada xarici işlər nazirlərinin danışıqlarından əvvəl də Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi bir daha bildirilmişdi, prezident İlham Əliyev də bu məsələ ilə bağlı fikirlərini bəyan etmişdi. Bununla bağlı bütün yükü prezidentin üzərinə də qoymaq olmaz. Biz bu təzyiqlərin qarşısında birlikdə dayanmalıyıq. Düşmənlərin əsl simasını açmalıyıq!
Kim ölkəmizə dost kimi gələcəksə, ona qucaq açacağıq, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq düşmən kimi gələnlərin də qarşısında düşmən kimi dayanacağıq. Başqa yolumuz yoxdur!"
Qeyd edək ki, iki gün öncə Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov arasında görüş keçirilib. Görüşdə ikitərəfli fəaliyyət proqramında əksini tapan aktual məsələlər müzakirə olunub. Rəsmi açıqlamada deyilir: "Nazirlər Vyana və Sankt-Peterburq sammitini müzakirə etdilər, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb".Ondan cəmi 5 gün əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da gözlənilmədən Moskvaya səfər etmişdi. Onun Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşərək ikitərəfli məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdiyi bildirilirdi.

İlkin İzzət/Milli.Az
Bu xəbər oxucular tərəfindən 791 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |