30.01.2017 [10:38] - Xəbərlər, Türk dünyası-Turan, İdman
Moldova Prezidenti İqor Dodon və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov bu gün Qaqauziyada olublar.
Onlar Qaqauz Yerinin (Qaqauziyanın) başqanı İrina Vlax ilə birlikdə şahmat üzrə Qaqauziya çempionatının açılışında iştirak ediblər. Bundan başqa, Qaqauz Yeri məktəblərinə 200 şahmat dəsti hədiyyə edilib.
Qeyd edək ki, Qaqauziyada türkdilli xalqlar arasında şahmat üzrə I beynəlxalq turnir keçirilməsi haqqında FİDE prezidenti ilə razılıq əldə edilib.
FİDE prezidenti Moldovaya ölkə başçısı İqor Dodonun dəvəti ilə gəlib.

Zeynal Ağazadə
Bu xəbər oxucular tərəfindən 579 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |