30.01.2017 [10:41] - İdman
"Rəqib yaxşı oyun sərgilədi. Düşünürəm ki, azarkeşlər gözəl oyun izlədi. Antalyada “Neftçi”nin bir neçə oyununu izləmişdim. O ki qaldı öz komandama, bəzi iradlarım var. İnanıram ki, qarşıdakı oyunlarda optimal formaya düşəcəklər. Rəqibə və özümüzə uğurlar arzulayıram".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi" ilə evdə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra deyib.
Daha sonra 45 yaşlı mütəxəssis jurnalistlərin digər suallarını cavablandırıb:
Riçard Almeyda üçün “Adanaspor”dan “Qarabağ”a təklif gəlib?
- Xeyr, belə bir təklif olmayıb.
“Qəbələ”nin dünənki nəticəsi oyunçulara təsir etdi?
- Bəlkə elə mənə də təsir edib. Oyunçularla bu barədə danışmışdım. Ola bilər, az da olsa, fikirlərində qalıb. Ancaq oyunun gedişi başqa şeyi göstərirdi. Yaxşı fürsətlərimiz olsa da, dəyərləndirə bilmədik.
Sizcə, Namiq Ələsgərov bu gün oynasaydı, başqa cür olardı? “Neftçi”ylə aranızda bu anlaşma nəyə əsaslanıb?
- Bunu mən şərt kimi qoymamışam. Rəhbərlik bu barədə razılığa gəlib. Klub rəhbərliyinin öz prinsipləri var. Namiqin bizimlə müqaviləsi var idi. Biz onu müqavilə müddəti bitmədən buraxdıq. Mən də rəhbərliyin bu təklifini Elxan Abdullayevə çatdırdım. Onlar da razılaşdılar.
Komandanın sabiq hücumçusu Samuel Armenteros onu komandadan sizin göndərdiyinizi deyir. Siz isə bir müddət öncə fərqli açıqlama vermişdiniz...
- Nə vaxt nə açıqlama verdiyimi bilmirəm. Sadəcə, oyunçuya açıq şəkildə səni komandada görmək istəmirik deməzlər. Ona sadəcə olaraq, komandada oyanamaq şansının az olduğunu bildirmişəm. Ona qarşı hörmətsizlik olmayıb. Demirəm ki, Armenteros pis futbolçu olub. Bu cür xəbərlərə önəm vermirəm. Onunla necə lazımdırsa, elə də danışmışam. Armenterosla 1+1 şərtilə müqavilə bağlamışdıq. Yəni, müqaviləsi bitmişdi. Belə açıqlamalara çox da önəm vermirəm.
Cəzalı Almeydanın yoxluğu komandanın oyununa çox təsir etdi?
- Almeydasız da çox oyunlarda qalib gəlmişik. Ancaq o, bizim əsas futbolçumuzdur. Uzun müddətdir komandada çıxış edir. Bu cür futbolçunu itirmək heç də xoş deyil. İstərdim ki, bu gün meydanda olsun.

Bu xəbər oxucular tərəfindən 495 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |