Şrift:
Xocalı soyqırımı “The Washington Times” qəzetində
07.04.2012 [17:27] - Diaspor
“The Washington Times” qəzetində Xocalı soyqırımı haqqında məqalə dərc olunub.

“Xocalı qətliamı hələ də Azərbaycanı təqib edir” adlı məqalə soyqırımın 20-ci ildönümünə həsr olunub.
Məqalədə Xocalı soyqırımının şahidləri ilə söhbətlər də yer alıb. “Bu, mənim üçün 20 ildir davam edən qorxulu yuxudur və ağrısı hələ də məni tərk etməyib” - deyə Əlövsət Quliyev bildirib.
Məqalə müəllifi qeyd edir ki, məcburi köçkün vəziyyətinə düşmüş Xocalı sakinləri çox ağır şərtlər altında yaşasalar da, Xocalıya qayıtmaq arzusundan əl çəkmirlər. “Bu, mənim torpağım deyil” - deyə Xocalıda şəhid olmuş qardaşının şəklini göstərən 42 yaşlı məktəb direktoru Fiqurə Rüstəmova qeyd edib: “Mən bu torpaqla bağlı deyiləm və Xocalıya qayıtmaq istəyirəm ki, öləndə qardaşımın və valideynlərimin yanında dəfn olunum”.
Bu xəbər oxucular tərəfindən 2211 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed