30.01.2017 [10:52] - Xəbərlər, DAVAMın yazıları
1918-ci ildə Azərbaycanı bolşevik-daşnak qüvvələrindən təmizləyən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı ölkəmizdə demək olar ki, böyük əksəriyyət tanıyır, sevir və rəhmətlə anır. Yəni, Nuru Paşa haqqında yeni nə bilgi ortaya çıxırsa Azərbaycan insanı onu oxumağa, öyrənməyə çalışır. Bu, Paşaya qarşı bizim insanlarımızın mənəvi borcudur.
Biz də Enter.News olaraq Nuru Paşa ilə bağlı rast gəldiyimiz faktları işləyib oxucularımıza təqdim edirik. Belə materiallardan biri də türkiyəli mərhum yazar Uğur Mumcunun arxiv materiallarına əsasən hazırladığı “40-ların cadı kazanı” adlı kitabından Nuru Paşa ilə bağlı olan hissəni Azərbaycan türkcəsinə uyğunlaşdıraraq oxucularımıza təqdim edirik.
VII HİSSƏ
Yazının əvvəlini bu linkdən oxuyun
“Ankara. Səfirə, özəl.
Noyabrın 20-də A 6154 saylı raportunuza qarşılıq olaraq Türkiyədəki dostlarımızı düşdükləri çətin durumdan qurtarmaq üçün sizə beş milyon alman markası göndərilməsini əmr etdim. Bu pulu israfçılıq etmədən lazımi yerlərə istifadə edin və nəticə barəsində mənə məlumat verin”.
Ribbentrop
Almaniyanın Xairici İşlər naziri
Hitler Almaniyasının Türkiyəyə təyin olunan səfiri Von Papenin əsas işi müharibə vaxtı Türkiyənin Almaniyaya kömək etməsini təmin etmək idi. Papen də bunun üçün əlindən gələni edirdi. O, həm də diplomatiyaya hərbidən gəlmişdi. Hitlerin qurduğu hökumətdə nazir olaraq işə başlayan Papen sonralar - 1933-1938-ci illərdə Avstryada səfir olur. 1941-ci ilin ilk ayları Papen Türkiyə ilə Almaniya arasında bir-birinə hücum etməmək haqqında paktın imzalanmasına çalışırdı və buna nail oldu.
Papen 1941-ci il mayın 14-də Prezident İnönü ilə uzun bir görüş keçirir. Görüşün mövzusu “Hücum etməmək paktı” idi. Eyni zamanda səfir Papen Hitlerdən İnönüyə bir məktub da gətirmişdi. İnönü, fürerin tərif dolu məktubundan duyğulandığını və özünün də eynən Hitler kimi dostluq və etibarlılıq duyğularının olduğunu söylədi.
Papen, Xarici İşlər naziri Ribbentropa 1941-ci ilin 14 mayında 1523 saylı məxfi teleqrafında İnönü ilə keçirdiyi görüş barəsində yazırdı:
“Prezident köhnə dostluğun yenidən qurulması üçün anlaşmağa hazırdır. İnönü, əgər Almaniya Türkiyəyə qarşı hərəkət etməzsə, Türkiyənin Almaniyanın maraqlarına qarşı zidd hərəkət etməyi və almanlarla ziddiyətə düşməyi istəmədiyini söylədi. Həmçinin, Türk-İngilis razılaşması üçün də “İstənilərsə, bunun bir həll yolu tapılar” dedi.
Xarici İşlər naziri Saracoğlu ilə görüşüləcək. İraqa döyüş materiallarının Türkiyə torpaqlarından göndərilməsi barədə qanuna da baxıla bilər”.
Almanların Türkiyədən o dönəmdə istədikləri ehtiyac yarandığında Qafqaza hücum edəcəkləri vaxt silahların İraqa Türkiyədən keçirməkdir.
Türkiyə buna razı olmasa? O zaman da Türkiyənin işğalı belə gündəmə gələ bilər. Almaniyanın Xarici İşlər naziri Ribbentrop mayın 16-da 338 saylı məktubunu səfir Papenə özəl kuryer ilə göndərir. Ribbentrop Türkiyənin Almaniyaya yaxın bir siyasət aparması üçün mümkün ehtimallar üzərində durur və soruşurdu: “Hansısa bir çevriliş, zərbə vurmaq ehtimalı varmı?”
O, bu sualı ilə Türkiyənin daxili siyasəti ilə bağlı məlumatlar istəyirdi.
Həmin dönəmlərdə Alman xüsusi xidmət orqanları həm Almaniyada, həm də Türkiyədə gərgin işləyirdi. Almaniyada Nasis Partiyasının xarici işləri ofisinin başqanı Alfred Rozenberq diqqət mərkəzindəydi. Rozenberq Nuru Paşa ilə də görüşüb, amma Paşaya heç ümid verməmişdi. Bu görüşlər Almaniya Xarici İşlər Nazirliyində işləyən İdil-Ural türklərindən İdris Alemcanın Berlindəki evində keçirilirdi. Kırım türklərindən Müstecip Ülküsal, 1917-ci ildə Kırımda qurulan hökumətin Xarici İşlər naziri Cəfər Seyid Əhmət Kırımər, Edibə Kırımal, Edibe Kemal, Əhmət Temir, iş adamı Əhmət Vəli Menger, Ayaz İshak həmişə bu evdə görüşürdülər. Prof.Von Mende de almanlarla türklər arasında görünürdü. Mende işğal altında olan Şərq Bölgələri Nazirliyinin təmsilçisi idi.
Papen 27 avqust 1942-ci il tarixli raportunda “Əgər ölkənin müxtəlif bölgələrində türklərlə aktiv iş birliyi əldə edilərək təlim görərlərsə” rus səfəri zamanı lazım olacaqlarını da bildirir. Almanlar türklərdən yararlanarkən “arxa planda alman təbliğatçıları” işləyəcəkdi və türklərə “Alman ruhu” aşılayacaqlardı. Almaniyada bunula bağlı iclaslar keçirilərkən, Nuru Paşanın evində və Türk Kulubunda da “rus səfəri” mövzusunda toplantlkar keçirilirdi. Bu yığıncaqda Nuru Paşa, İdris Alemcan, dr. Əhməd Temir, Hilal Münşi, Əbdürrəhim Gökçay, azərbaycanlı Mehmed Toqar, Miralay Kazım, Müstecip Ülküsal iştirak edirdi.
Bundan başqa, Nuru Paşanın yaxın çevrəsində Erkilet Paşa, Zeki Velidi Toqan, iş adamı Kazım Daşkent, yəhudi və masonlarla bağlı nəşrləri ilə məşhur olan Cevat Rıfat Atılhan, türküstanlı Yusuf Qıpçaq və Əhməd Ağaoğlu var idi.
Həmin vaxtlar İstanbulda eyni məqsədlə başqa bir qrup Əmin Rəsulzadənin çevrəsində toplanmışdı...
General Ali İhsan Sabis, general Erkilet, vəkil Mümin Mustafa ilə birlikdə bir şirkət qururlar. Şirkətdə çevrilişlə bağlı mövzular müzakirə edilir. Sabis Paşa bu yığıncaqlara görə həbs edilir.
Bu kimi toplantılar həm Almaniyada, həm də türkiyədə davam edir. Hitler Almaniyası bununla da çalışırdı ki, Türkiyə üzərində öz təsirini artırsın.
Ribbentropun Papenə göndərdiyi 17 may, 1941-ci il tarixli teleqrafda (Alman səfirliyi, 393 saylı) səfirə belə bir əmr verir:
“Tükiyə ilə rəsmi danışıqlardan kənar döyüş sursatlarının Türkiyədən heç bir əngəl olmadan keçməsini təmin edəcək razılaşma əldə olunacaqdır”.
Türkiyə bunu necə edəcəkdir? Təbii ki, “silahların alman əsgərlərinin müşaiyyəti ilə türk torpaqlarından keçməsinə razılıq verərək...”
Ribbentrop bu məsələdə çox inamlı və həvəslidir: “Əgər Türkiyənin alman əsgərlərinin nəzarəti ilə silah-sursatın keçməsinə icazə verərsə, o zaman bunun qarşılığında gələcəkdə Ədirnənin sərhədinə yenidən baxıla bilər və hər hansı bir adanın da onlara verilməsi müzakirə mövzusu ola bilər”.
Nasist Almaniyası Tyürkiyənin ağzına bir yox, iki ballı barmağını uzadır. Bolqar torpaqlarının bir hissəsi, bundan başqa Ege adalarından biri də Türkiyəyə veriləcək!
Ribbentrop həmin məxfi məktubunda “türklərin ingilsilərlə münasibətlərini davam etdirmələrini” haqlı bilir. Ancaq gəlin görək, İngiltərənin Türkiyədən dəstəyini çəkərsə o zaman nələr olacaq?
Həmin məxfi məktubda bu barədə nə yazılıb: “...Türkiyə varlığını qorumaq niyyəti ilə rus təhlükəsinə qarşı etibarlı tərəfdaş axtarması normal qarşılanmalıdır. Türkiyə, Rusiyaya qarşı zəmanəti bizimlə imzalayacağı bir müqavilədə tapacaqdır.”
Almaniyanın Xarici İşlər Nazirliyi müqavilə layihəsi hazırlayaraq Papenə göndərir. Təbii ki, bir də gizli anlaşma.
Dönəmin Baş naziri Refik Saydam, Xarici İşlər Naziri Şükrü Saracoğlu və Xarici İşlər Nazirliyinin müşaviri də Numan Menemencioğlu idi.
Menemencioğlu almanların təkliflərini qəbul etmir. Müqavilədə qeyd olunan bəzi maddələrə və qeydlərə etirazını bildirir.
Türkiyə odla-su arasında qalmışdı. Bir yandan İngiltərə, o biri yandan da Almaniya. Bu durumda Türkiyə həm ingilsilərlə ittifaq halında qalmağı, həm də hücum etməmək haqqında bir müqavilə imzalayaraq almanların hücumunun qarşısın almaq niyyəti ilə özünü qorumağa çalışır.
Qaynar döyüşlərin getdiyi bir vaxtda Türkiyənin bu tərəfsizliyi necə qarşılanacaqdır?
Ribbentrop, 1941-ci il iyunun 9-da səfir Von Papenə göndərdiyi 526 saylı əmrində Türkiyəni təhdid də edir:
“Türkiyənin Almaniyanın ölüm-qalım savaşı verdiyi İngiltərə ilə dolayı yolla da olsa işbirliyi qurarsa o zaman Almaniyanı qarşısında görəcəyini Türk hökuməti anlamalıdır.”
Bu mövzu ilə bağlı Papendən Ribbentropa, Ribbentropdan da Papenə gizli yazışmalar gedib gəlir.
Bundan sonra səfir Papen iyunun 16-da Xarici İşlər Naziri Sarıcoğlu ilə görüşür. Bu görüşdən çıxan səfir öz ölkəsinə sevindirici xəbər verir: artıq iki gündən sonra anlaşma imzalanacaqdır. Papen anlaşmanın imzalanmasına görə xeyli məmnundur. Ancaq səfir yenə boş durmayaraq Pan-Turan hərəkatı ilə də maraqlanmağa başlayır. Bu məsələ ilə bağlı agentləri ilə görüşdükdən sonra belə bir hesabat hazırlayır. 1941-ci ilin avqustun 5-də Alman səfirliyinin Trabzondakı malikanəsindən Berlin Xarici İşlər Nzirliyinə A 3018/41 saylı hesabat göndərir:
“Məlumatlarının dürüstlüyünə şübhə etmədiyim agent tərəfindən bildirilir ki, Türk hökumət dairələrini almanların Rusiyadakı uğurları baxımından Türk-Rus sərhəd bölgəsində məskunlaşan soydaşlarının taleyi maraqlandırır. Azərbaycan Türklərinə qarşı isə xüsusi bir həssaslıq göstərirlər. Bu dairələrdə 1918-ci il hadisələrini yenidən yaşama, xüsusilə də neft bölgəsi olan Bakını ələ keçirmə istəyi özünü biruzə verir.
Bunun üçün Əbdülhəmid dönəmində olduğu kimi müəyyən səlahiyyət sahiblərindən ibarət bir təşkilat yaradılıb. Bu təşkilatın vəzifəsi həm daxildəki köçkünlər arasında, həm də xaricdə, xüsusilə İran Azərbaycanından Xəzərə qədər Türk bölgələrini yeni Türkiyənin ərazisinə birləşdirmək məqsədilə tərəfdar toplamaqdan ibarətdir. Qrupun rəhbəri İstanbuldan seçilən millət vəkili Şükrü Yenibaxçadır (Bu adamın tatar əsilli olduğu iddia edilir).
Qrupun digər üzvləri isə bunlardır: Nuru Paşa (İslam Ordusunun komandanı, Ənvər Paşanın qardaşı. Eyni zamanda qardaşı Ənvər Paşanın Turan ideyasına xüsusi rəğbətlə yanaşır);
Professor Zəki Vəlidi (Başqırd): İstanbul Universitetinin professoru, Atatürk ilə aralarında olan mübahisədən sonra Türkiyəni tərk edərək bir müddət Vyanada, Halle və Bonnda qaldı;
Əhməd Cəfər (Əhməd Səid Cəfər kimi də tanınır): Krım türklərindəndir. Çox qəribə adamdır. Hökumətə agent kimi də işləyir. Ona o qədər də etibar edilmir, general Sikoskinin “Promethaus” təşkilatı ilə əlaqələrinin olduğu deyilir. Eyni zamanda Əhməd Cəfəroğlu adı ilə türkoloq kimi də tanınır.
Bir müddət əvvəl Ankaraya gələn Kabul səfiri Məmduh Şevkəti də eyni qrupdan saymaq olar. Amma o, dövlətin mövqeyindən bir addım da olsun kənara çıxa bilməz. Məmduh Şevkət yuxarıdakılarla müqayisədə Şərq türklərinə (Şərq türkləri deyiləndə burada söhbət Rusiyanın Şərqində yaşayan türklərdən gedir) yaxınlığı ilə tanınır.
Ankaradakı hökumət dairələrinin Şərq türkləri ilə bağlı planı Azərbaycanı çıxmaq şərtilə, onları - Volqa türklərini, tatarları, türkmənləri - müstəqil görünən, ancaq özlərinin də burada siyasi və mədəni təsirlərinin olacağı bir Şərqi Türk dövlətində toplamaqdır.
Lakin onların bu planları Şərq türklərinin istəklərinə uyğun olmadı. Onlar Türkiyədə yaşayan türklərin öz mədəniyyətlərini son illər yox, illər öncə itirdikləri qənaətindədirlər. Hətta Bakıda bunlara “Türkcə danışan Levantenlər” (Levanten Osmanlı imperatorluğu zamanında İstanbul və İzmirdə yaşayan xarici kökənli azlıqlara deyilirdi. R.S.) gözü ilə baxırlar. Buna görə də onlarla nə qədər az ünsiyyət saxlanılsa, bir o qədər yaxşıdır.
Onların belə deməklərinə bir növ əsas var. Çünki bu proses əsrlər öncədən başlayıb. Osmanlı tarixində sarayı və imperatorluğu idarə edənlərin çoxu türk deyildi. Əksəriyyəti macar, arnavut, ən son Əbdülhəmid dönəmində isə çərkəz və ərəb kökənlilər idi.
Bu tarixi anlayış və siyasi münasibət Təbrizdə də müəyyən dairələrdəki çıxışlarda tez-tez vurğulanırdı. Təbriz xalqı özlərinin Bakıdakı türklərlə qanbağlılığının olduğunu düşünürlər. Ona görə də, Təbrizdə bu mövzular gündəmdə olur. (Bu hərəkatın öndə gələn liderlərindən birinin hazırda İranda qubernator olması da diqqətləri cəlb edir.)
Bu günə qədər hərəkat liderinin Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyasının qurucusu) olduğu deyilir. Rəsulzadə Polşa Baş Qərargahının bir qolu olan “Prometheus” hərəkatinə qoşulub (“Prometheus”- 1919-cu ildə Qalsiyada Qızıl Orduya qarşı döyüşən Polşa ordusunun generalı Sikorski tərəfindən qurulub).
Rəsulzadə, 1939-cu ildə Polşanın işğalından sonra İsverçrəyə köçürülən baş qərargahın “Pilsudski Fon” adlı fondundan dolanışığını təmin edib. 1940-cı ildə Sikorskini ziyarət edib. Sonra da Buxarestdə polşalı qaçqınlarla birlikdə yaşayıb. Maliyyə tərəfini nəzərə almasaq, deyə bilərik ki, sağmeylli siyasətçidir. “Promethaus” təşkilatının digər üzvləri bir müddət öncə Almaniyaya qarşı xoş olmayan münasibət göstərdikləri üçün Rəsulzadə məsələsində ehtiyatlı davranmaq məsləhət görülür.
Rəsulzadə Türkiyədə yavəri Mizə Bala tərəfindən təmsil olunur (Mirzə Bala İstanbulun yaxınlığında Türkiyə ordusunda xidmət edir. Onun haqqında fikir yürütsək, müəlliminə inanmış şagird deyə bilərik).
Etibar etdiyimiz adamımızın sözlərinə görə, bunlarla işləməyə dəyər. Başqa bir agentimizə görə, bütün bu yaşlı gözətçilərlə heç bir iş görmək lazım deyil. Bunların həm keçmişləri, həm də qarışdıqları pul məsələləri baxımından yeni Azərbaycan dövlətində etibarlı olacaqlarına inanmaq olmaz.
Bu yeni Azərbaycan dövləti Şərq türklərinin yükünü götürmək istəmir. Onların sözlərinə görə, Şərq türkləri, Volqa türkləri, tatarlar, türkmənlər və s. hər hansı formada bir birlik qurmadıqlarına görə, bundan başqa da iqtisadiyyatlarının zəif olması üzündən müstəqillik əldə edə bilməzlər. Bunun üçün onlar uzun bir təkamül yolu keçməlidirlər. Azərbaycanın inqilab hərəkatı bunları yetişdirmək üçün özlərini borclu hesab etmir.
Agentimiz bütün şərtlərə qarşı bu missiyanın ruslara verilməməsinin və hadisələrdə həlledici faktorun alınması üçün almanların təşkilatlanaraq bu yöndə eksperiment aparmalarının lazım olduğunu deyir.
Almaniya Cənub-Şərqdə əlindən gəldiyi qədər güclü bir dövlət quraraq rusları daim nəzarət altında saxlamağa çalışmalıdır. Ukraynalılar slavyan mənşəlidirlər, bolqarlar və serblər kimi hər an keçmişlərini xatırlaya bilərlər. Ancaq türklər üçün belə bir problem yoxdur.
İran hökumətinin də Azərbaycan türkləriylə həddindən artıq maraqlandığını söyləyəndə, agentimiz bunun da aydın şəkildə cavabını verdi:
- “Bu gün İranda farslar qədər türklər də var. Şahın özü türk soyuna mənsubdur. Bu səbəblə, əgər şaha xüsusi təminatının olacağı açıqlanarsa və o da bu yolla siyasi müstəqilliyini əldə tuta biləcəyinə inanarsa, İran-Ərəb dövlətini yalnız bir qələm oynatmasıyla qarışıq xalqlardan ibarət olan bir dövlətə çevirə bilər. Bu hadisələr eyni zamanda Təbrizin qubernatorunun hərəkatda oynadığı rolu da açıq ortaya qoyur”.
Von Papen bu uzun hesabatının sonuna belə bir qeyd etməyi də unutmayıb:
“Ankarada, Rusiyanın şərqində yaşayan türklərin problemlərinin həll olunmasında yaxından maraqlanan general Hüseyn Hüsnü Əmir Erkiletdir. Özü isə tatar kökənlidir”.

Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 754 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |