30.01.2017 [16:09] - İqtisadiyyat
BMT-nin baş katibi Antonio Quterreş “Beynəlxalq davamlı turizm ili”ndə ictimaiyyətə müraciət edib.
Müraciətdə turizmin iqtisadiyyatın sütunlarından birinə çevrilməsi, milyonlarla insanın həyatını yaxşılığa doğru dəyişmək iqtidarında olması bildirilir. Diqqətə çatdırılır ki, hər gün üç milyondan çox turist beynəlxalq sərhədləri keçir, hər il isə təxminən 1,2 milyard insan xarici ölkələrə gedir. 2030-cı ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin Gündəliyində yer alan 17 maddədən üçü turizmlə bağlıdır. Lakin turizm həyatın müxtəlif sahələri ilə əlaqədə olduğu üçün iqtisadiyyatın müxtəlif sektorlarını, sosial-mədəni istiqamətləri əhatə edir və bu baxımdan bütövlükdə Dayanıqlı İnkişaf Məqsədlərinin Gündəliyinə bağlıdır. Turizm, həmçinin cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar arasında qarşılıqlı anlaşma körpüsüdür.
Müraciətdə, həmçinin bildirilir ki, BMT Baş Məclisinin 2017-ci ili dünyada “Beynəlxalq davamlı turizm ili” elan etməsi bu mühüm sektoru xeyirxahlıq gücünə çevirmək üçün əlverişli imkandır. Hamı üçün daha təhlükəsiz, açıq, çiçəklənən və dayanıqlı dünyanın qurulmasında biz turizmi səmərəli və dinamik alətə çevirə bilərik.
Müraciətin tam mətnini aşağıdakı linkdən oxumaq olar:
http://www.tourism4development2017.org/news/united-nations-secretary-general-mr-antonio-guterres-message-for-the-2017-international-year/

Bu xəbər oxucular tərəfindən 555 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |