Şrift:
“Rusiya Ermənistanı silahlandıran ölkədir”
08.04.2012 [00:28] - Siyasət
“Danışıqlar prosesində balansı qorumaq vacibdir”

"Moskva İrana qarşı müharibə şayiələrindən Cənubi Qafqazda mövqelərinin möhkəmlətmək üçün istifadə edir. ABŞ İsraili İrana hücum etməməyə çağırır və düşünürəm ki, bu, baş verməyəcək”. Bu fikirləri Ceymstaun Fondunun prezidenti Qlen Hovard jurnalistlərə açıqlamasında söyləyib. "Mütləq "kimə sərf edir” sualına cavab tapmaq lazımdır. Yəni bu bəyanatların kimə sərf etməsini aydınlaşdırmaq lazımdır. Şimaldakı hansı ölkə mümkün hücumlar barədə danışaraq cənuba öz qoşunlarını yığa bilər? Sualı belə qoymaq lazımdır – belə şayiələr kimə sərf edir?” Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına münasibət bildirən Qlen Hovard qeyd edib ki, münaqişənin həll olunmaması Azərbaycan və bütün region üçün böyük problem yaradır: "Eyni zamanda danışıqlar prosesində balansın qorunması da vacibdir. Bu məsələdə Rusiyaya birinci dərəcəli yer ayrılıb. Rusiya danışıqlarda iştirak edən, eyni zamanda Ermənistanı silahlandıran ölkədir. Unutmaq lazım deyil ki, danışıqlar prosesində balans lazımdır. Rusiya danışıqları həyata keçirir və eyni zamanda Azərbaycan və Ermənistanı silahlandıran əsas ölkədir. Bu, situasiyanı stabilləşdirməyə müsbət təsir etmir”.
Bu xəbər oxucular tərəfindən 1085 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed