31.01.2017 [09:51] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Sadəcə, Putin tarix üçün yaşamaq və tarixdə qalmaq istəyir, avantürst şüarları ilə dünyaya meydan oxuyur”; Əhəd Məmmədli: “O, xalqdan güc alır, ruslar ac imperiya olmalarını tox ölkə olmaqdan üstün tuturlar”
Rusiya prezidenti Vladimir Putin dünyanın daim müzakirə etdiyi şəxslər arasında ön sırada dayanır. Yürütdüyü xarici siyasətlə yanaşı, Kreml rəhbəri həm də sərvəti ilə bağlı daha çox müzakirə obyekti olur.
Son olaraq, Putinin varidatı ilə bağlı şok rəqəmlər açıqlanıb. Strateq.az saytının dərc etdiyi geniş tərcümə yazısında hətta şimal qonşumuzun dövlət başçısının 200 milyarda yaxın sərvətə sahib olduğu deyilir. Zaman-zaman onun milyarder olması barədə çoxsaylı xəbərlər yayılıb. Hər yeni xəbərdə isə Rusiya rəhbərinin sahib olduğu məbləğ daha artıq göstərilir. Bu isə onun illər getdikçə sərvətinin artdığını göstərir.
Bəzi ekspertlər Putinin dünyaya söz keçirməsinin, xalq arasında nüfuzunun olmasının, ölkəsinə qarşı 3 ildir sanksiyaların tətbiq olunmasına baxmayaraq, nəinki ayaqda qalmasını, hətta dünyaya meydan oxumasının onun sərvətindən doğduğunu düşünürlər. Reallıqdan çıxış etsək, hazırda Kreml rəhbərini xarici siyasətdə dünyanın əsas liderlərindən biri saymaq olar, bəlkə də birincidir...
Bu yaxınlarda Böyük Britaniyanın baş naziri Tereza Mey da Trampı Putinlə ehtiyatlı davranmağa çağırmışdı.
Maraqlıdır, Putunu güclü edən nədir; sərvətləri, yoxsa siyasəti
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Putinin “yeni Pyotr” olduğunu düşünmür: “Pyotr Rusiya tarixində yeni səhifə açdığı üçün o şəxs olmuşdu. Rusiyanı yaxşı mənada dəyişmişdi. Amma Putin ölkəsini müttəfiqsiz qoyub. Demək olar hamı ilə düşmən vəziyyətindədir. Ona yaxın qardaş ölkə sayılan Ukrayna ilə nəinki münasibətlər pozulub, hətta düşmən münasibət yaranıb. Okeandan okeana gedən Rusiya artıq keçmiş SSRİ məkanına sığınıb. Artıq şimal qonşumuz bölünmə təhlükəsi ilə üzləşib. Putini ağıllı və Rusiyanı dəyişən siyasətçi kimi dəyərləndirmirəm. Sadəcə, Putin tarix üçün yaşamaq və tarixdə qalmaq istəyir. Avantürst şüarları ilə dünyaya meydan oxuyur. Amma gücü istəklərinə uyğun deyil. Belə şəxslər pulpərəst olurlar. Deyilən rəqəmdə sərvəti varsa, ondan açıq şəkildə necə istifadə edəcəyi şübhəlidir. Ağıllı siyasətçi bu sərvətdən ölkəsinin böhrandan çıxması üçün istifadə edər. Putin dünyanın dediyi kimi, böyük siyasətçi deyil. Böyük imkanları olan dövləti iflic vəziyyətinə salıb. İndiki halda o özü ilə bərabər rus xalqını cəhənnəmə sürükləyir”.
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli hesab edir ki, Putini güclü edən xalqdır: “Putini güclü edən ilk öncə rusların düşüncəsində SSRİ kimi Rusiya Federasiyasının dağılmasının qarşısını alması, Çeçenistanın yenidən Rusiyanın tərkibinə qaytarması, Yeltsin dövründə siyasi, iqtisadi qeyri-sabitliyin qarşısını alması, rusların sosial vəziyyətini daha da yaxşılaşdırmasıdır. Düzdü, burada neft və qazın qiymətlərinin bir neçə il müddətdə yüksək olması da Putinə kömək etdi. Üstəlik, Avropanın rus qazından asılı vəziyyətə salınmasını da unutmamalıyıq. Bunların hamısı Putin dönəmində oldu. Və ən əsası Gürcüstan və Ukrayna üzərində kiçik müharibə qələbələri, Krımın ilhaqı və Suriyaya müdaxilə Putin populyarlığının zirvə nöqtəsi oldu. Çünki Putin rusları inandırdı ki, biz yenə SSRİ kimi böyük oluruq, ona görə Amerika və Avropa bizə qarşıdır. Və sanksiyalara baxmayaraq, rus xalqı Putinin ətrafında sıx birləşdi. Həmçinin Rusiyada qeyri-neft, qeyri-qaz sektoru, kənd təsərrüfatı olduğu üçün ruslar ayaqda qala bildi, rublun ucuzlaşmasının qarşısı alındı. Ruslar da elə millətdir ki, onları ac saxla, amma böyük olduqlarını unutdurma.
Bu kifayətdir ki, o xalq sənin arxasınca getsin. Buna böyük rus şovinizmi deyirlər. Heç şübhəsiz Putin güclü siyasətçidir. Amma tam demək də olmaz ki, gücünü xalqdan alır. Rusiyada seçkilər tam şəffaf keçirilmir. Putin keçmiş kəşfiyyatçıdır və öz xalqının psixologiyasını, mentalitetini çox gözəl bilir. Və bundan məharətlə istifadə edir. Rusiyada korrupsiya yüksək səviyyədədir, seçkilərdə kifayət qədər saxtakarlıq var, amma rus xalqı bütün bunları Putinə bağışlayır. Çünki rus xalqına Krım, Donbas, Qafqaz, Suriya, Amerikaya əlcək atmaq lazımdır”.
Politoloq Rusiyanı güclü edən digər amillərə də toxundu: “Rusiyanı güclü edən digər vasitələrdən biri də onun əsrlərlə dövlət, imperiya ənənələrinin olmasıdır. Müasir dönəmdə isə Rusiyanı güclü edən bu ölkənin qaz, neft yataqları və əsas da dünyada ikinci nüvə ölkəsi olmasıdır. Rusiyanın super nüvə potensialı olmasaydı, bu dövləti çoxdan Yuqoslaviya, İraqın halına salardılar. Ümumiyyətlə, tarixə nəzər yetirsək, İvan Qroznı dönəmindən SSRİ və bu günlərimizə qədər rus xalqı heç vaxt yaxşı yaşamayıb. Bəli, imperiya olublar, amma sosial, iqtisadi cəhətdən həmişə Qərbdən geri qalıblar. Ona görə ruslar belə durumlara öyrəşiblər. Tox qalmaq üçün bir ”samoqon" şüşəsi və donuz əti ruslara kifayətdir. Onlar üçün əsas Krımın onlarda olmasıdır. Yəni ac imperiya olmalarını tox ölkə olmaqdan daha üstün tuturlar. Dünya dövlətləri Putindən daha çox Rusiyanın nüvə arsenalından çəkinirlər. Çünki ruslar həmişə açıq bəyan ediblər, çox üstümüzə gəlsəniz nüvə düyməsini basarıq. Təbii, Putinin şahin tipli siyasi lider olması da Qərbi çəkindirir".
Müsahibimiz Putinin milyardları barədə də danışdı: “Putinin səltənətinin 200 milyard olması haqda dəqiq məlumatım yoxdur, amma Putin qeyri-rəsmi dünyanın ən varlı adamı sayılır. Bu adamın qızları Qərbdə yaşayır. Bank hesabları, mülkləri Qərb ölkələrində yerləşir. Və bu artıq heç kəsə sirr deyil. Sirr odur ki, indiyə qədər Qərb ölkələri şəxsən Putin ailəsinə qarşı heç bir sanksiya tətbiq etməyiblər. Təbii, bu da Putinin gücündən xəbər verir. Lakin əsas gücü xalqın dəstəyi və dünyanın ikinci nüvə ölkəsinin başında durmasıdır”.
Cavanşir ABBASLI

Bu xəbər oxucular tərəfindən 781 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |