Şrift:
Türkiyədə XDP-dən olan deputat həbs edilib
31.01.2017 [10:13] - Hüquq
Türkiyə Böyük Millət Məclisində Xalqların Demokratiyası Partiyasını (XDP) təmsil edən millət vəkili Meral Danış Beştaş həbs edilib.
Bu barədə "Anadolu" agentliyi xəbər verib.
Xəbərdə bildirilir ki, adanalı deputat terror istintaqı ilə bağlı həbs olunub. O, silahlı terror təşkilatına üzv olmaqda təqsirləndirilir. Diyarbəkir Cümhuriyyət Prokurorluğunun vəsatəti ilə barəsində həbs qərarı çıxarılan və nəzarətə alınan Beştaş ədliyyəyə aparılıb.
Məlumata görə, XDP-dən olan 3 deputat nəzarət altına alınıb.
Bu xəbər oxucular tərəfindən 601 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed